Qazaxıstanın süni intellekt ölkəsinə çevriləcəyi proqnozlaşdırılır
23 Oktyabr 2026, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
336
13.06.2022, 13:33
İranda daha bir hərbçi və alimin müəmmalı ölümü qeydə alınıb.
İsrailin “Vesti” nəşri xəbər verir ki, hadisə iyunun 12-dən 13-nə keçən gecə baş verib.
İran mediasında yayılan məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Hava Qüvvələrinin zabiti Ali Kamani ölkənin şərqində tapşırıq yerinə yetirərkən dünyasını dəyişib. Bu məlumatdan bir saat sonra isə, peyk və ballistik raket hazırlanması üzrə “Simnam” adlı şirkətdə çalışan alim Məhəmməd Abedosun da dünyasını dəyişdiyi məlum olub. Alimin ölüm səbəbləri açıqlanmayıb.
İranda son zamanlar hərbi layihələrdə iştirak edən alim və hərbçilərin müəmmalı ölümü müşahidə edilir. Belə ki, aviasiya mühəndisliyi sahəsi üzrə ixtisaslaşmış alim Ayyub Entezari iyunun 4-ü dünyasını dəyişib. İran mediası alimin qida zəhərlənməsindən öldüyünü yazıb.
Alimin ölümü gördüyü iş səbəbindən dünya və ölkə mediasında çox sayda suallar doğurub. Entezari İranın mərkəzində yerləşən “AIO” tədqiqat institutunda raket və döyüş pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olub.
Bunun ardınca, “Natanz” nüvə stansiyasında çalışan gənc alim Kamran Malapurun müəmmalı şəkildə dünyasını dəyişdiyi barədə məlumatlar yayılıb.
Mayın 30-u isə İran İnqilab Keşikçiləri Korpusunun 840-cı Qüds qüvvələri bölməsinin polkovniki Əli İsmayılzadənin öz evinin damından yıxılaraq öldüyü məlum olub. Polkovnikin intihar etdiyi bildirilsə də, mediada onun məhz korpus tərəfindən öldürüldüyü də iddia olunub. Belə güman edilir ki, onun öldürülməsinə səbəb xarici agentlərə məlumat ötürməsi olub.
01:32 / 24 Oktyabr 2026
58
23:56 / 23 Oktyabr 2026
77
23:54 / 23 Oktyabr 2026
74
23:51 / 23 Oktyabr 2026
73
23:48 / 23 Oktyabr 2026
73
23:44 / 23 Oktyabr 2026
77
23:30 / 23 Oktyabr 2026
77
23:23 / 23 Oktyabr 2026
82
23:19 / 23 Oktyabr 2026
76
23:13 / 23 Oktyabr 2026
85
23:08 / 23 Oktyabr 2026
81
22:58 / 23 Oktyabr 2026
80
22:44 / 23 Oktyabr 2026
86
22:35 / 23 Oktyabr 2026
80
22:24 / 23 Oktyabr 2026
81
22:10 / 23 Oktyabr 2026
90
21:59 / 23 Oktyabr 2026
84
21:39 / 23 Oktyabr 2026
93
21:36 / 23 Oktyabr 2026
87
21:20 / 23 Oktyabr 2026
76
21:17 / 23 Oktyabr 2026
89
20:52 / 23 Oktyabr 2026
86
20:43 / 23 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.