Qaynar xətt:

(+99450) 247 90 86

Dünya Çin liderinin qərarını müzakirə edir - Şagirdlərə şok tələb

Dünya Çin liderinin qərarını müzakirə edir - Şagirdlərə şok tələb

DÜNYA

544

19.02.2022, 22:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çindəki məktəblərə ölkə lideri Si Cinpinin təlimlərini kurrikuluma əlavə etmək tapşırılıb.
 

Çin Təhsil Nazirliyinin dərc etdiyi təlimatda 200 milyon şagirdin təhsil aldığı bütün orta və ali məktəblərin Kommunist Partiyasının müəyyən etdiyi “beş köməkçi prinsipi” qəbul etməsi şərti var.
 
Müvafiq olaraq, may ayından etibarən milyonlarla tələbə Cinpinin təlimlərini əzbərləməli olacaq. Qərar görə, ötən il partiyanın ölkə və sosializm sevgisi ilə bağlı fikirləri özündə əks etdirən “yeni əsr düşüncələri” adlandırılan qiymətləndirmələri dərsliklərə, o cümlədən ibtidai məktəblərin kitablarına daxil edilib.
 
Bu addımı tənqid edənlər Çin administrasiyasının məqsədinin Kommunist Partiyasını gücləndirmək olduğunu deyirlər.
 
Cinpin çıxışlarında Kommunist Partiyasının gücünün Çinin sabitliyinin təminatı olduğunu bildirir.