Qaynar xətt:

(+99450) 247 90 86

Dünya təhlükədə: Qrenlandiyanın buz təbəqəsi sürətlə əriyir

Dünya təhlükədə: Qrenlandiyanın buz təbəqəsi sürətlə əriyir

DÜNYA

1745

02.08.2021, 09:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Qrenlandiyada havanın temperaturunun artması səbəbindən buz təbəqəsi sürətlə əriyir.
"Report"un məlumatına görə, bu barədə “Deutsche Welle” xəbər verib. Məlumata görə, iyulun 28-dən bəri hər gün təxminən səkkiz milyard ton buz əriyib - bu, yay mövsümündə gözləniləndən iki dəfə çoxdur.
Ötən çərşənbə günü – iyulun 28-də havanın rekord – 19,8 temperaturu qeydə alınıb. Ümumilikdə 2021-ci ilin yazında ada 100 milyard tondan çox buz itirib. Qeyd edilir ki, əgər Qrenlandiyanın buz örtüyü tamamilə ərisə, dənizin səviyyəsi azı 6 metr artacaq. Nəticədə dünyanın sahilyanı şəhərləri su altında qalacaq, hərçənd onlar daim bu təhlükə ilə üz-üzədir.