SOCAR yeni kompleks tikəcək
11 Noyabr 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
4205
01.08.2021, 18:31
Elm adamları əhalinin sayının artması və enerjiyə əsaslanan qlobal iqtisadiyyatın zərərləri səbəbindən dünyanın sonunun yaxınlaşdığını göstərən yeni araşdırma yayıblar.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, şiddətli maliyyə böhranı, qlobal istiləşmə, təbiətin məhv edilməsi və COVID-19 kimi pandemiyaların bəşər sivilizasiyasının dağılmasına səbəb ola biləcəyi bildirilib.
Elm adamları dünyanın qlobal çöküşü durumunda ən təhlükəsiz ölkələri müəyyən ediblər. Bu ölkələrə Yeni Zelandiya, İslandiya, Böyük Britaniya, İrlandiya və Avstraliyanın Tasmaniya bölgəsi daxildir. Yeni Zelandiya geotermal və su elektrik enerjisi, bol əkin sahələri və aşağı əhali sıxlığına görə bu siyahıda birinci yeri tutur.
Tədqiqatçılar kompleks şəbəkələrdə bir-birinə bağlı olan enerji əsaslı qlobal iqtisadiyyatın yaratdığı ekoloji ziyan səbəbiylə bəşəri sivilizasiyasının təhlükəli vəziyyətdə olduğunu bildiriblər. Mütəxəssislərin dediyinə görə, ciddi maliyyə böhranı, qlobal istiləşmə, təbiətin məhv olması, COVID-19-dan da pis pandemiyalar qlobal çöküşlə nəticələnə bilər.
Hansı ölkələrin belə bir çöküşə qarşı daha dayanıqlı olacağını qiymətləndirmək üçün ölkələr əhalisi üçün qida tədarük etmək, sərhədlərini istənilməyən kütləvi köçdən, elektrik şəbəkələrindən və bəzi istehsal imkanlarından qorumaq qabiliyyətlərinə görə sıralanıb. İlk sırada mülayim bölgələrdəki və əsasən əhali sıxlığının aşağı olduğu adalar gəlir.
İqtisadi səmərəliliyi qiymətləndirən mütəxəssislər qloballaşmanın dayanıqlılığı pozduğunu qida və digər həyati əhəmiyyətli sektorlarda potensial ehtiyatın tapılmalı olduğunu söyləyiblər.
"Sustainability" jurnalında nəşr olunan araşdırmada milyarderlərin apokalipsisə hazırlaşmaq üçün Yeni Zelandiyada sığınacaq üçün torpaq aldıqları iddia edilib.
Araşdırmada iştirak edən ingilis professor Aled Cons qeyd edib ki, ekologiyanın məhv olması, məhdud resurslar və əhali sayının artması səbəbindən dünyanın gələcəyi böyük təhlükə altındadır:
"Son illərdə qlobal səviyyədə böyük qida itkiləri, maliyyə böhranı və pandemiya ardıcıl olaraq baş verdi. Şanslıyıq ki, eyni vaxtda olmadı. Amma bunların hamısının eyni anda baş verməməsinin real səbəbi yoxdur".
14:13 / 11 Noyabr 2026
75
13:58 / 11 Noyabr 2026
75
13:54 / 11 Noyabr 2026
315
13:48 / 11 Noyabr 2026
89
13:44 / 11 Noyabr 2026
129
13:41 / 11 Noyabr 2026
72
13:33 / 11 Noyabr 2026
192
13:27 / 11 Noyabr 2026
118
13:19 / 11 Noyabr 2026
77
13:13 / 11 Noyabr 2026
87
12:57 / 11 Noyabr 2026
138
12:54 / 11 Noyabr 2026
143
12:48 / 11 Noyabr 2026
107
12:44 / 11 Noyabr 2026
161
12:35 / 11 Noyabr 2026
271
12:32 / 11 Noyabr 2026
114
12:29 / 11 Noyabr 2026
95
12:24 / 11 Noyabr 2026
757
12:19 / 11 Noyabr 2026
556
12:15 / 11 Noyabr 2026
113
12:09 / 11 Noyabr 2026
103
11:57 / 11 Noyabr 2026
786
11:50 / 11 Noyabr 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.