Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə meşə yanğınları ilə bağlı SON DURUM - Nazir AÇIQLADI

Türkiyədə meşə yanğınları ilə bağlı SON DURUM - Nazir AÇIQLADI

DÜNYA

1464

01.08.2021, 15:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin qərbindəki Bodrum şəhərində meşə yanğını nəzarət altına alınıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli Tvitter hesabında bildirib.

"Bodrumda yanğın nəzarət altına alındı. Soyutma işləri gedir", - deyə nazir qeyd edib.

Bundan əlavə, son günlər Türkiyədə 100-dən çox meşə yanğını söndürülüb.

Bu barədə də Bekir Pakdemirli özünün Tvitterdəki hesabında qeyd edib.

O bildirib ki, hələlik Antalya və Muğlada 5 yanğına nəzarəti ələ almaq mümkün olmayıb:

"İyulun 28-dən avqustun 1-dək 107 meşə yanğını nəzarət altına alınıb. Antalyada (Manavqat, Gündoğmuş) və Muğlada (Marmaris, Göycegiz və ilas) 5 meşə yanğını davam edir".