SOCAR yeni kompleks tikəcək
11 Noyabr 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1083
28.07.2021, 18:03
Əfqanıstan hökuməti ilə “Taliban” silahlıları arasında yaranan silahlı qarşıdurma, ölkədəki gərginlik miqrasiyanın artmasına səbəb olub. Müharibə, silahlı toqquşmalar əfqanların ölkəni tərk etməsi prosesini sürətləndirib. Qaçqınların üz tutduğu əsas ölkələrdən biri Türkiyədir. Qardaş ölkə mediasının məlumatına görə, son bir ayda ölkəyə gələn əfqanların sayında əvvəlki dövrlərə nisbətən 3 dəfəyə yaxın artım var. Mütəxəssislər hesab edirlər ki, “Taliban”la Əfqanıstan hökuməti arasında gərginlik artarsa qaçqınların sayı daha da artacaq.
Bu arada Avstriya kansleri Sebastian Kurz əfqan qaçqınlar üçün Türkiyəni ən əlverişli və "daha yaxşı yer" olaraq ifadə edib. Bildirib ki, Avstriya qaçqınlar üçün deyil. Bu açıqlama rəsmi Ankarada təəccüb yaradıb. Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç yazılı açıqlamasında bildirib ki, Avstriya kansleri bütün dünyaya təsir edən və hər kəs üçün ortaq bir mövzu olan qanunsuz miqrasiya problemini həll etmək üçün ortaq səyləri və əməkdaşlığı vurğulamaq əvəzinə, "miqrantlar buraya gəlməsin, başqa bir yerə getsin" ifadəsi həm eqoist, həm də faydasız bir yanaşmadır: “Türkiyə bölgədən qaynaqlanan kütləvi bir köç dalğasının nəticələrinə dözməyəcək və yeni bir köç dalğasını da öhdəsinə götürməyəcək. Bu mövqeyimizi hər dəfə və hər səviyyədə həmsöhbətlərimizə çatdırırıq. Türkiyənin Avropa İttifaqının sərhəd gözətçisi və ya qaçqın düşərgəsi olmayacağını vurğulayırıq".
“Avstriya kansleri Sebastian Kurzun açıqlaması bizi təəccübləndirdi. Hər şeydən əvvəl Türkiyə kansler Kurzun da dediyi kimi Əfqanıstanla qonşu bir ölkə deyil", - deyə XİN rəsmisi qeyd edib.
Türkiyəyə yeni qaçqın dalğası, rəsmi Ankaranın bu yöndə hansı davranışları sərgiləcəyi maraq doğurur.
Mövzu ilə bağlı fikirlərini AYNA-ya bildirən Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq, həmyerlimiz Toğrul İsmayıl deyib ki, əfqanların Türkiyə ərazisinə köçü Əfqanıstanda baş verən son hadisələrdən qabaq da müşahidə edilib: “Xüsusən də İran tərəfindən əfqanların Türkiyəyə qanunsuz miqrasiyası baş verir. İran dövləti açıq şəkildə olmasa da, gizli şəkildə bunu təşviq edir. Yəni ki, İran öz ərazisinə gələn əfqanları çıxarmaq üçün Türkiyəyə qanunsuz yollarla keçirir”.
“Əlbəttə, bu, neqativ haldır. Bu qədər qaçqına Türkiyənin təkbaşına sığınacaq verməsi mümkün deyil. Əvvəl keçmiş SSRİ, sonra isə ABŞ Əfqanıstandakı hərbi varlığını sürdürdü, “Taliban” yetişdirildi, vətəndaş müharibəsi yarandı. Təbii ki, bunun ağrı-acısını da Türkiyə çəkir. Suriyada da ABŞ, Avropa demokratiya gətirəcəyi adı altında bir çox gərginliklər yaratdı. Nəticədə çanaq Türkiyənin başında partladı. Bu gün Türkiyədə suriyalı qaçqınların sayı ciddi şəkildə çoxdur. Bunların bəziləri BMT-nmin nəzarətindədir, bəziləri isə qanunsuz şəkildə ölkəyə yerləşiblər. Təbii ki, bu, Türkiyə üçün ciddi problemdir”, - professor vurğulayıb.
T.İsmayıl bildirib ki, bu gün qaçqınlar məsələsi ilə bağlı Türkiyə siyasi çevrələrində, ictimaiyyətində ciddi müzakirə və mübahisələr hökm sürür: “Bir qisim, xüsusilə də müxalif fikirli insanlar qaçqın məsələsini qətiyyətlə pisləyirlər. Həmin siyasilər Suriyadan olan qaçqınların ölkədən çıxarılmasını gündəmə gətirirlər. Digər tərəfdən isə beynəlxalq hüquqla Türkiyə bəzi öhdəliklər götürüb. Həmin insanlara Türkiyənin qayğı göstərməsi normal davranışdır. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə Avropa ölkəsi deyil, bölgənin iri və nüfuzlu dövlətidir. İslam ölkələrindən qaçıb oraya sığınanlara isə biganə qala bilmir. Bu baxımdan bir dilemma yaşanır. Baxaq, həm hökumət, həm müxalifət bu məsələlərin həlli üçün addımlar atılması istiqamətində işlər aparır”.
“Təbii ki, Türkiyəyə qaçqınların, xüsusən də müharibə bölgələrindən axında ciddi rəqəmlər var. Təxminən Türkiyədə olan əhalinin 8-10 faizi qaçqınlardır. Bu rəqəm təkcə Türkiyə üçün yox, digər hansısa bir ölkə üçün də çoxdur. Əfqan qaçqınları üçün Türkiyənin əlverişli ölkə olması məsələsinə gəlincə, bu yanlış yanaşmadır. Rəsmi Ankaranın da açıqladığı kimi, Türkiyə qaçqın düşərgəsi deyil”, - politoloq fikrini tamamlayıb.
14:51 / 11 Noyabr 2026
1
14:43 / 11 Noyabr 2026
39
14:39 / 11 Noyabr 2026
38
14:36 / 11 Noyabr 2026
41
14:26 / 11 Noyabr 2026
125
14:13 / 11 Noyabr 2026
243
13:58 / 11 Noyabr 2026
171
13:54 / 11 Noyabr 2026
436
13:48 / 11 Noyabr 2026
116
13:44 / 11 Noyabr 2026
159
13:41 / 11 Noyabr 2026
88
13:33 / 11 Noyabr 2026
221
13:27 / 11 Noyabr 2026
141
13:19 / 11 Noyabr 2026
88
13:13 / 11 Noyabr 2026
99
12:57 / 11 Noyabr 2026
157
12:54 / 11 Noyabr 2026
157
12:48 / 11 Noyabr 2026
118
12:44 / 11 Noyabr 2026
175
12:35 / 11 Noyabr 2026
302
12:32 / 11 Noyabr 2026
124
12:29 / 11 Noyabr 2026
103
12:24 / 11 Noyabr 2026
854
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.