SOCAR yeni kompleks tikəcək
11 Noyabr 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1517
28.07.2021, 12:11
“Ermənistandakı rusiyalı turistlər mənfi münasibətlə qarşılaşırlar. Bizim Rusiyadan gəldiyimizi bilən kimi insanların əhval-ruhiyyəsi və baxışları kəskin şəkildə dəyişir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirlərin müəllifi Anna adlı rusiyalı turistdir. 31 yaşlı rusiyalı turist Ermənistana istirahətə yollansa da, oradan xoş xatirələrlə deyil, məyusluq içərisində geri dönüb:
“İki həftə dincəlməyə gəldik. Ölkəni görmək, yerli mətbəxi dadmaq istədik, amma hər addımımızda bir mənfiliklə qarşılaşdıq. Bütün bunların hamısı rus olduğumuza görə başımıza gəldi” –deyə Anna bildirib.
Anna deyir ki, ünvanına tez-tez siyasi mövzularda qınaqlar eşidib: “Mənimlə müharibədən, siyasətdən niyə danışırlar anlamıram. İki uşağımla tətilə gəldim.
Əvəzində Ermənistanda garson və dondurma satıcısı Rusiyanın müharibədə onlara kömək etmədiyindən danışdı. Mən axı bütün bunlara niyə qulaq asmalıyam”.
Rusiyadan Ermənistana istirahətə gələn digər turistlər də burada özlərinə qarşı qəbuledilməz münasibət sərgiləndiyini bildiriblər. Sankt-Peterburqdan olan Kseniya və Aleksandr cütlüyü yerli sakinlər tərəfindən anlaşılmaz ittihamlarla qarşılaşdıqlarını deyirlər:
“Bu yayı Gürcüstan və Ermənistanda keçirməyi qərar verdik. Dostumuz Levon bizə Ermənistan haqqında çox şey danışdı və ora getməyimizi məsləhət gördü. Gürcüstanda ləzzətlə vaxt keçirsək də, Ermənistanda üç gündən çox qalmadıq. Təəssüf ki, Rusiyadan gəldiyimizi bilən hər kəs bizim haqqımızda xoşagəlməz fikirlər səsləndirdilər. Bizə qarşı insanların əhval-ruhiyyəsi və baxışları dəyişdi. Hər kəsdən yalnız bir şey eşitdik: “Ruslar bizə xəyanət etdi”, “Rusiya bizi atdı”, “müharibədə məğlub olmağımızda siz günahkarsınız”, “Putin bizi satdı” – deyə gənc cütlük vurğulayıb.
14:51 / 11 Noyabr 2026
36
14:43 / 11 Noyabr 2026
59
14:39 / 11 Noyabr 2026
50
14:36 / 11 Noyabr 2026
51
14:26 / 11 Noyabr 2026
149
14:13 / 11 Noyabr 2026
336
13:58 / 11 Noyabr 2026
193
13:54 / 11 Noyabr 2026
462
13:48 / 11 Noyabr 2026
121
13:44 / 11 Noyabr 2026
165
13:41 / 11 Noyabr 2026
91
13:33 / 11 Noyabr 2026
225
13:27 / 11 Noyabr 2026
145
13:19 / 11 Noyabr 2026
90
13:13 / 11 Noyabr 2026
100
12:57 / 11 Noyabr 2026
158
12:54 / 11 Noyabr 2026
159
12:48 / 11 Noyabr 2026
121
12:44 / 11 Noyabr 2026
179
12:35 / 11 Noyabr 2026
307
12:32 / 11 Noyabr 2026
125
12:29 / 11 Noyabr 2026
106
12:24 / 11 Noyabr 2026
880
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.