Pələnglə “TikTok” çəkmək istəyən - 19 yaşlı pakistanlının faciəvi sonu
13 Noyabr 2026, 19:53
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1532
23.02.2021, 23:05
Rusiyalı hərbi ekspert Aleksey Leonkov Vladimir Solovyovun verilişində Ermənistanın Qarabağdakı məğlubiyyətindən danışıb.
Oxu24.com xəbər vrir ki, Leonkov baş vermiş hadisələrə görə, Ermənistan rəhbərliyini günahkar hesab edir.
"Sözdə hər şey gözəl səslənirdi - silaha sarılmaq, Dağlıq Qarabağı müdafiə çağırışı və s. Amma könüllülər hərbi komissarlıqlara gələndə onlara gözləmələrini söylədilər. Qoşunların şimaldakı müdafiə xətti azərbaycanlıların hücumlarına müqavimət göstərirdi. Şimaldan qoşunları geri çəkmirdilər.
Çünki oradan bir təhlükənin gözləndiyini söyləyirdilər. Həmin vaxtda ikinci qrup Şuşaya girdi və şəhəri nəzarətə aldı. Məlum oldu ki, cənub cəbhəsi artıq əldən gedib. Şuşanın özü də əslində müdafiəyə hazır deyildi. Başqa sözlə, Paşinyan söz vermişdi ki, Qarabağı müdafiə edəcək və ermənilər yardım gəlsəydi, müqavimət göstərəcəkdilər.
Ancaq burada maraqlı faktlar da ortaya çıxıb. “Telegram” kanallarında yayımlanan məlumatlara əsasən, 2018-ci ildən bəri Ermənistan kifayət qədər silah və sursat alıb", - deyə rusiyalı hərbi ekspert vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın aldığı silahların bir çoxu Suriyadakı terrorçu qruplara daşınıb: "Silahlar Suriya ərazisindəki terrorçulara İrəvandan ötürülüb. Burada diqqət etməli bəzi məqamlar var. Onlar Suriyada pul qazandılar, ancaq sursatın lazım olduğu Dağlıq Qarabağda müharibə vaxtı heç bir şey alınmadı”. / "Virtual"
21:24 / 13 Noyabr 2026
1
21:03 / 13 Noyabr 2026
51
20:58 / 13 Noyabr 2026
56
20:50 / 13 Noyabr 2026
532
20:41 / 13 Noyabr 2026
82
20:37 / 13 Noyabr 2026
78
20:35 / 13 Noyabr 2026
51
20:20 / 13 Noyabr 2026
89
20:09 / 13 Noyabr 2026
268
20:06 / 13 Noyabr 2026
82
20:05 / 13 Noyabr 2026
87
19:58 / 13 Noyabr 2026
260
19:53 / 13 Noyabr 2026
198
19:41 / 13 Noyabr 2026
114
19:38 / 13 Noyabr 2026
674
19:35 / 13 Noyabr 2026
100
19:30 / 13 Noyabr 2026
337
19:28 / 13 Noyabr 2026
158
19:23 / 13 Noyabr 2026
105
19:05 / 13 Noyabr 2026
104
18:59 / 13 Noyabr 2026
106
18:59 / 13 Noyabr 2026
102
18:50 / 13 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.