Pakistanda polislərə hücum edilib, 11 nəfər ölüb
11 Noyabr 2026, 17:12
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
811
19.05.2026, 19:00
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəli layihələrdə çalışmış keçmiş tədqiqatçı Hal Putoff sensasion açıqlama ilə çıxış edib.
Oxu24.com xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, qəzaya uğramış uçan naməlum obyektlərin araşdırılması prosesində iştirak edən şəxslər ona ən azı dörd ayrı yadplanetli növünün mövcud olduğunu bildiriblər.
“Tədqiqatlarda iştirak edən insanlar dörd fərqli həyat formasının olduğunu deyirdilər. Mən onların sözlərinə inanıram”, - keçmiş tədqiqatçı bildirib.
Mövzu ətrafında çıxış edən digər araşdırmaçılar da yadplanetli növlərini bozlar, nordiklər, reptiloidlər və həşəratabənzər canlılar kimi təsvir ediblər. Astrofizik Erik Devisin sözlərinə görə, bu canlıların əksəriyyəti insanabənzər görünüşə malikdir. O iddia edib ki, nordiklər demək olar insanlara bənzəyir, reptiloidlərin isə dərisi pulcuqlarla örtülüdür.
Ən məşhur Astrofizikli obrazı isə iri gözlü və balacaboy bozlar hesab olunur. Həşəratabənzər canlıların isə ibadət edən mantisə bənzədiyi bildirilir.
Bununla belə, alimlər vurğulayırlar ki, bu günə qədər yadplanetlilərin mövcudluğunu təsdiqləyən heç bir elmi sübut yoxdur. Buna baxmayaraq, mövzu ətrafında müzakirələr və müxtəlif nəzəriyyələr hələ də gündəmdə qalmaqda davam edir.
17:13 / 11 Noyabr 2026
1
17:12 / 11 Noyabr 2026
10
16:35 / 11 Noyabr 2026
80
16:07 / 11 Noyabr 2026
94
16:04 / 11 Noyabr 2026
196
16:01 / 11 Noyabr 2026
105
16:00 / 11 Noyabr 2026
83
15:50 / 11 Noyabr 2026
94
15:50 / 11 Noyabr 2026
95
15:40 / 11 Noyabr 2026
92
15:31 / 11 Noyabr 2026
443
15:27 / 11 Noyabr 2026
666
15:13 / 11 Noyabr 2026
114
15:07 / 11 Noyabr 2026
172
14:51 / 11 Noyabr 2026
124
14:43 / 11 Noyabr 2026
193
14:39 / 11 Noyabr 2026
286
14:36 / 11 Noyabr 2026
124
14:26 / 11 Noyabr 2026
3044
14:13 / 11 Noyabr 2026
909
13:58 / 11 Noyabr 2026
344
13:54 / 11 Noyabr 2026
640
13:48 / 11 Noyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.