Qaynar xətt:

(+99450) 247 90 86

​Məşhur ada 800 min manata satışa çıxarılıb

news/2026_02_12/ada_ing_1770911368.jpg

DÜNYA

71

12.02.2026, 19:44

İngiltərənin şimal-qərbində yerləşən Ynys Gifftan adası satışa çıxarılıb. Adanın qiyməti 350 min funt sterlinq, təxminən 800 min manatdır. Ynys Gifftan adası təbiətsevərlər və sakit həyat axtaranlar üçün unikal fürsət kimi təqdim olunur.

Oxu24.com  xəbər verir ki, adada tarixi Viktoriya dövrünə aid daş ferması yerləşir.

Lakin bina istifadəyə yararlı olmadğı üçün təmir edilməlidir. Ada Waller bölgəsi, Dwyryd Haliçi sahilində yerləşir və gəzinti üçün ideal məkan sayılır.

Ən diqqətçəkən xüsusiyyət isə adanın yolunun yalnız gündə iki dəfə açılmasıdır. Suyun səviyyəsi aşağı düşdükdə təxminən 400 metr uzunluğunda quru yol yaranır və piyada hərəkət etmək mümkün olur. Suyun səviyyəsi yüksəldikdə isə adaya gəmi ilə getməkdən başqa çarə qalmır.

Ekspertlər bildirir ki, bu unikal keçid adanı həm ekzotik, həm də təhlükəsiz bir mülk halına gətirir, amma təbii şəraitin nəzərə alınması vacibdir. Ada, təbiətlə iç-içə yaşamaq və sakit bir həyat sürmək istəyən şəxslər üçün nadir fürsətlərdən biridir.Metbuat.az