Xolesterini azaldır, stressdən xilas edir - Möcüzəvi TƏRƏVƏZ
25 Mart 2026, 00:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1542
12.02.2026, 22:22
Hazırda xəstəliklə bağlı bülletendə olan, kirayədə yaşayan və üç azyaşlı övladın təminatçısı olan ailə başçısı işsiz qalma riski ilə bağlı narahatlığını bildirib.
Bu barədə Oxu24.com-a müraciət edən “Qurman Plyus” MMC-də çalışan Murad Məmmədov bildirib.Onun sözlərinə görə,himayəsində 3 azyaşlı uşağın olmasına və ailədə işləyən yeganə şəxs onun olmasına baxmayaraq,şirkət onu işdən azad edir.
"Mən Murad Məmmədov, hazırda “Qurman Plyus” MMC-də müddətli əmək müqaviləsi ilə çalışmış işçi kimi yaranmış vəziyyətlə bağlı ictimaiyyətə müraciət etməyə məcbur qalmışam. İşəgötürən tərəfindən mənə təqdim edilmiş rəsmi bildirişdə əmək müqaviləmin 10 fevral 2026-cı il tarixdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə istinad edilməklə, müddətin bitməsi əsası ilə ləğv ediləcəyi göstərilmişdir.
Qeyd etmək istəyirəm ki, hazırda mən xəstəlik vərəqəsindəyəm (bülletendəyəm). Eyni zamanda, məhkəmə qətnaməsi ilə iki azyaşlı övladımın himayəsi rəsmi olaraq mənə verilib.Ümumilikdə üç övladım var və onların maddi təminatı birbaşa mənim üzərimdədir.Hazırda kirayə mənzildə yaşayıram. Mövcud vəziyyətlə əlaqədar olaraq bildirirəm ki, bu müddət ərzində yeni iş tapmaq imkanım olmayıb. Əmək müqaviləsinə xitam verilməsi halında mənim və azyaşlı övladlarımın sosial vəziyyəti daha da ağırlaşacaqdır. Məni narahat edən əsas məqam ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilməsi sağlamlıq vəziyyətim, sosial durumum, kirayə şəraitində yaşamam və azyaşlı övladlarımın mənafeyi nəzərə alınmadan planlaşdırılır. Bu hal əmək hüquqlarının qorunması və sosial ədalət prinsipləri baxımından ciddi suallar doğurur. Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət etmişəm və hazırda araşdırmanın aparılmasını gözləyirəm. Bu açıqlamanı verməkdə məqsədim hər hansı qurumu ittiham etmək deyil, sosial baxımdan həssas vəziyyətdə olan işçilərin hüquqlarının qorunmasına ictimai diqqət çəkməkdir. Ümid edirəm ki, aidiyyəti qurumlar məsələyə obyektiv yanaşacaq və qanunvericiliyin tələblərinə uyğun qərar veriləcəkdir”.
Məsələ ilə bağlı Oxu24.com-a danışan vəkil Sadiq Əfəndiyev bildirib ki, işçi ilə müqaviləyə xitam vermək istədikdə müqavilə müddətinin bitməsinə ən azı 1 həftə qalmış bunu işçiyə xəbər vermək lazımdır.
Həmçinin oxuyun
”Əmək qanunvericiliyinə görə (ƏM maddə 73) işəgötürən müddətli əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermək istədikdə müddətin bitməsinə ən azı 1 həftə qalmış işçini yazılı şəkildə (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməlidir. Bu qanunun məcburi tələbidir. İşəgötürən tərəfindən bu tələbə riayət edilməməsi artıq həmin əsasla əmək müqaviləsinə xitam verilməsini istisna edir və əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Əgər müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etmişdirsə, həmin əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab ediləcəkdir. Bəzən təcrübədə işəgötürənlər əmək müqaviləsinə xitam verilməsini asanlaşdırmaq və müəyyən hüquqi məhdudiyyətlərdən yayınmaq üçün mahiyyətinə görə daimi xarakter daşıyan iş üçün də müddətli əmək müqaviləsi bağlayırlar ki, bu da əmək qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, əmək qanunvericiliyinin tələbinə görə (ƏM maddə 45) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu cür hallarda işçi tərəfindən həmin müddətli əmək müqaviləsinin müddəsiz hesab edilməsinə dair mülki məhkəmə icraatı qaydasında məhkəməyə iddia verilə bilər. Bununla yanaşı əmək qanunvericiliyi (ƏM maddə 79) müəyyən hallarda və müəyyən kateqoriya işçilərlə əmək müqaviləsinə xitam verilməsini qadağan edir ki, bu kateqoriya şəxslərdən biri də yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərdir” -deyə tanınmış vəkil vurğulayıb.
Oxu24.com məsələ ilə bağlı “Qurman Plyus” MMC ilə əlaqə saxlayıb. Özünü şirkətin kadrlar şöbəsinin rəhbəri kimi təqdim edən xanım əməkdaşı işçinin hazırda bülletendə olduğunu bildirib.O,digər suallara cavab vermək istəməyib.
Qeyd edək ki,“Gurman Plyus” şirkəti bazarda 2006-cı ildən fəaliyyət göstərir. şirkət əsasən xaricdən gətirilən kolbasa və sosiskaların yerli marketlərdə satışını və yayımını həyata keçirir.MMC-nin rəhbəri Vüqar İbrahimovdur.
Əntiqə Rəşid
00:58 / 25 Mart 2026
183
00:44 / 25 Mart 2026
196
00:25 / 25 Mart 2026
158
00:23 / 25 Mart 2026
65
00:09 / 25 Mart 2026
334
00:07 / 25 Mart 2026
483
23:51 / 24 Mart 2026
59
23:48 / 24 Mart 2026
277
23:34 / 24 Mart 2026
203
23:30 / 24 Mart 2026
240
23:24 / 24 Mart 2026
266
23:18 / 24 Mart 2026
91
23:17 / 24 Mart 2026
214
23:10 / 24 Mart 2026
828
22:47 / 24 Mart 2026
1603
22:45 / 24 Mart 2026
88
22:35 / 24 Mart 2026
210
22:28 / 24 Mart 2026
235
22:19 / 24 Mart 2026
300
22:09 / 24 Mart 2026
260
22:02 / 24 Mart 2026
274
21:46 / 24 Mart 2026
65
21:43 / 24 Mart 2026
195
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.