Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
02 Oktyabr 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
726
12.02.2026, 19:54
Müstəntiq bir sıra hallarda məhkəmə qərarı olmadan öz qərarı əsasında məcburi olaraq İKT sisteminə, onun hissələrinə, elektron verilənlərin saxlanıldığı daşıyıcılara və elektron verilənlərə baxış həyata keçirə biləcək.
Oxu24.com Hüquqşünas Ramil Süleymanov Metbuat.az-a açıqlamasında Cinayət Prosessual Məcəlləsinə edilən son dəyişikliklərlə bağlı bildirib ki, əvvəllər müstəntiq – cinayət təqibini aparan şəxs informasiya texnologiyalarına, konkret olaraq mobil telefonlara, kompüter avadanlıqlarına və onların yaddaşına daxil olmaq üçün mütləq məhkəmə qərarı almalı idi:
“Həmin qərar əldə edildikdən sonra telefonlara baxış keçirilə, yaddaşa daxil oluna və bununla bağlı zəruri istintaq hərəkətləri həyata keçirilə bilərdi. Yeni dəyişikliklərə əsasən isə müstəntiqlər uzun-uzadı məhkəmə prosedurunu gözləmək məcburiyyətində qalmırlar. Onlar öz qərarları əsasında təqsirləndirilən şəxsin mobil telefonuna və kompüter avadanlıqlarına daxil olmaq imkanı əldə edirlər”.
R.Süleymanovun fikrincə, bu dəyişikliklərin həm müsbət, həm də mənfi tərəfləri var:
“Müsbət tərəfi ondan ibarətdir ki, müstəntiq məhkəmə qərarını bir və ya iki gün gözləmək məcburiyyətində qalmır və vaxtında zəruri məlumatları əldə edə bilir. Bu isə cinayəti törədən şəxslərin müəyyənləşdirilməsi, cinayətin sübutlarının – görüntü və fotoların silinmədən toplanması, eləcə də yeni cinayətlərin qarşısının alınması baxımından əhəmiyyətlidir. Digər tərəfdən, hesab edirəm ki, bu prosesdə prosessual nəzarəti həyata keçirən prokurorun mütləq şəkildə məlumatlı olması vacibdir. Bu, müstəntiqlərin mümkün özbaşınalığının qarşısını alacaq. Eyni zamanda vətəndaşların şəxsi və ailə sirlərinin qorunması, şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmaması təmin edilməlidir”.
Hüquqşünas qeyd edib ki, bu məsələdə çox incə və ciddi bir balans mövcuddur və həmin xəttin qanunvericilik tərəfindən qorunması vacibdir. Çünki istənilən halda, cinayət araşdırması aparılsa belə, vətəndaşın şəxsi hüquqları və şəxsi həyatın toxunulmazlığı hüququ heç bir halda ikinci plana keçməməlidir.
02:00 / 02 Oktyabr 2026
86
00:03 / 02 Oktyabr 2026
125
23:54 / 01 Oktyabr 2026
89
23:41 / 01 Oktyabr 2026
113
23:12 / 01 Oktyabr 2026
119
23:00 / 01 Oktyabr 2026
112
22:53 / 01 Oktyabr 2026
96
22:52 / 01 Oktyabr 2026
104
22:50 / 01 Oktyabr 2026
176
22:42 / 01 Oktyabr 2026
89
22:31 / 01 Oktyabr 2026
98
22:24 / 01 Oktyabr 2026
131
22:18 / 01 Oktyabr 2026
245
22:07 / 01 Oktyabr 2026
104
21:42 / 01 Oktyabr 2026
98
21:41 / 01 Oktyabr 2026
113
21:31 / 01 Oktyabr 2026
98
21:29 / 01 Oktyabr 2026
111
21:26 / 01 Oktyabr 2026
260
21:25 / 01 Oktyabr 2026
84
21:19 / 01 Oktyabr 2026
94
21:15 / 01 Oktyabr 2026
87
21:08 / 01 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.