Yayda hovuz təhlükəsi: Hansı xəstəliklərə yoluxa bilərsiniz?
28 İyul 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7513
12.02.2026, 21:46
Pensiya yaşına çatan vətəndaşlar üçün ən həssas məsələlərdən biri əmək stajının düzgün hesablanmasıdır. Xüsusilə 2006-cı ildən əvvəlki dövrün necə təsdiqlənməsi və 25 illik “hazır staj” mexanizminin tətbiqi ilə bağlı suallar son illər daha da artıb. Təcrübə göstərir ki, bir qrup vətəndaş bu güzəştdən rahatlıqla yararlandığı halda, digərləri sənədləşmə və fərdi uçot problemləri səbəbindən çətinliklərlə üzləşir.
Oxu24.com xəbər verir ki,məsələyə hüquqi baxımdan yanaşdıqda qeyd olunmalıdır ki, 2006-cı ilin 1 yanvar tarixindən sonrakı dövr üzrə əmək stajı yalnız dövlət sosial sığorta sistemindəki fərdi uçot məlumatları əsasında müəyyən edilir.
Yəni vətəndaşın işlədiyi illər rəsmi şəkildə sığorta sistemində əks olunmayıbsa, həmin müddət qanun qarşısında staj kimi tanınmır.
2006-cı ilə qədər olan dövrə gəldikdə isə əsas sənəd əmək kitabçasıdır.
Əgər əmək kitabçası yoxdursa, bu halda işəgötürənin arayışı və ya dövlət arxiv sənədləri ilə staj təsdiqlənməlidir. Məhz bu mərhələdə bir çox vətəndaş çətinlik yaşayır, çünki bəzi müəssisələr artıq mövcud deyil və ya arxiv sənədləri tapılmır.
Qanunvericilik isə müəyyən şərtlər daxilində vətəndaşların xeyrinə mühüm bir mexanizm nəzərdə tutur.
Belə ki, 2006–2018-ci illər aralığında pensiya sistemində fərdi uçotu olan, lakin tam stajı sənədlərlə təsdiqləyə bilməyən şəxslərə 25 il sığorta stajı avtomatik qəbul edilirdi. Bu mexanizm minlərlə, hətta yüz minlərlə vətəndaşın pensiya hüququ qazanmasına imkan yaratdı və sosial təminat sahəsində ciddi dəyişiklik kimi qiymətləndirildi.
Əvvəlki qaydalara əsasən, 2023-cü ildən başlayaraq bu 25 illik güzəşt hər il 1 il azaldılmalı idi. Məsələn, 2024-cü ildə pensiyaya çıxan şəxs üçün 25 deyil, 23 il hazır staj nəzərdə tutulmalı idi. Lakin son qanun dəyişikliyi ilə bu azalma prosesi 3 il müddətinə təxirə salındı.
Bu o deməkdir ki, güzəştli 25 illik stajın azaldılması 2023-cü ildən deyil, 2026-cı ildən etibarən tətbiq ediləcək. Nəticə etibarilə, fərdi hesabında az da olsa sığorta kapitalı olan və 2026-cı ilə qədər pensiya yaşına çatan şəxslər tam 25 illik staj mexanizmindən yararlana biləcəklər.
Beləliklə, sistem bəzi hallarda arxiv və sənədləşmə baxımından çətinlik yaratsa da, son dəyişikliklər pensiya ərəfəsində olan vətəndaşlara əlavə vaxt və imkan qazandırıb. Dövlət Sosial Müdafiə Fondu da bildirir ki, vətəndaşların narahatlığına əsas yoxdur və hər bir müraciət qanun çərçivəsində fərdi qaydada araşdırılır.
Hazırladı: Miri Məcidli
01:50 / 28 İyul 2026
53
01:15 / 28 İyul 2026
52
23:44 / 27 İyul 2026
136
23:18 / 27 İyul 2026
143
22:44 / 27 İyul 2026
77
22:24 / 27 İyul 2026
73
21:47 / 27 İyul 2026
167
21:29 / 27 İyul 2026
90
20:50 / 27 İyul 2026
82
20:19 / 27 İyul 2026
107
20:00 / 27 İyul 2026
119
19:59 / 27 İyul 2026
94
19:46 / 27 İyul 2026
606
19:30 / 27 İyul 2026
133
19:15 / 27 İyul 2026
100
19:13 / 27 İyul 2026
118
19:02 / 27 İyul 2026
105
18:48 / 27 İyul 2026
1030
18:45 / 27 İyul 2026
125
18:33 / 27 İyul 2026
92
18:30 / 27 İyul 2026
957
18:22 / 27 İyul 2026
93
18:20 / 27 İyul 2026
2888
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.