Masallıda 23 yaşlı oğlan çaya tullanan zaman xəsarət alaraq ölüb
27 İyul 2026, 19:02
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
747
12.02.2026, 19:32
Buraxılış və qəbul imtahanları zamanı qanunvericiliyə zidd olaraq texniki avadanlıqlardan istifadə edilməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə davam edən prosesdə təqsirləndirilən şəxs qismində tanınan Kamran Əsədov məhkəməyə yazılı müraciət ünvanlayıb.
Kamran Əsədov müraciətində səhhətində yaranmış problemləri, həyat yoldaşının şəkərli diabet xəstəsi olmasını və himayəsində üç azyaşlı uşağın olmasını əsas gətirərək, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib.
Prosesin gedişində digər təqsirləndirilən Gündüz Abbasov da analoji məzmunlu vəsatət qaldıraraq ev dustaqlığına buraxılmasını istəyib.
Dövlət ittihamçısı hər iki müraciətə etiraz edərək vəsatətlərin rədd edilməsini tələb edib.
Məhkəmə vəsatətləri təmin etməyib.
İclasın davamında şahidlərin ifadələri dinlənilib.
İş üzrə şahid qismində ifadə verən Şəfəq Əzizova bildirib ki, oğlunun görmə qabiliyyəti zəif olduğundan imtahanlara lazımi səviyyədə hazırlaşa bilməyib:
“Bu barədə ailə dostumuz Fuada danışdım. O, mənə Kamran müəllimlə əlaqə saxlamağı məsləhət gördü və nömrəsini verdi. Kamran müəllimin ofisinə getdim. O isə məni Gündüzün yanına yönləndirdi. Gündüz mənə xüsusi cihazlar təqdim etdi. Sonradan həmin avadanlıqları Kamrana geri qaytardım. Mənə dəymiş maddi ziyan tam ödənilib”.
Digər şahid Fuad Qurbanov bildirib ki, Şəfəq xanım ona övladının imtahan nəticələrindən narahat olduğunu söyləyib:
“Kamran Əsədovu əvvəldən tanıyırdım. Ona bildirdim ki, tanışıma hazırlıq müəllimi lazımdır. Bir müddət sonra Şəfəq xanım mənə zəng edərək Kamranın onu Gəncəyə yönləndirdiyini və avadanlıq verdiyini dedi. Ona məsləhət gördüm ki, istəmirsinizsə, götürməyin. Pulu mən verməmişəm və bu işdə iştirakım olmayıb. Eşitdiyimə görə, 15 min manat ödəniş edilib. Lakin mən nə pulu, nə də həmin cihazları görmüşəm”.
İş üzrə şahid qismində dindirilən Sevinc Ağcıyeva ifadəsində Gündüz Abbasovu tanıdığını qeyd edib:
“Qızım imtahana onların təqdim etdiyi cihazla daxil olmuşdu. Lakin avadanlıq işləmədi. İmtahanın səhəri günü cihazı geri qaytardıq. Bizdən 3 min manat istəmişdilər və demişdilər ki, imtahandan sonra ödəyərsiniz. Cihaz işləmədiyi üçün heç bir ödəniş etmədim”.
Şahid qismində dindirilən abituriyent M. Ağcıyeva isə bildirib ki, imtahana daxil olarkən üzərində cihaz olsa da, texniki problem yaranıb:
“Atam məni imtahana apardı. İmtahan başlayan zaman səs gəlmədi. Cihazdan sadəcə xışıltı səsi eşidilirdi”.
Məhkəmə prosesi fevralın 19-da davam etdiriləcək.
Xatırladaq ki, Kamran Əsədov ötən məhkəmə iclasında məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı rəsmi məlumata əsasən, ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak edən şəxslərə qaydalara zidd köməklik göstərilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş materiallar əsasında cinayət işi başlanıb. İşin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
İstintaq zamanı müəyyən edilib ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlu tərəfindən təşkil edilən kursun dinləyicilərinə imtahan zamanı sualları cavablandırmaqda kömək etmək məqsədilə gizli informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr qanunsuz hazırlanıb. Həmçinin onun Əsədov Kamran Alim oğlu ilə əlbir olaraq 3 nəfər, eləcə də şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 şəxsin üzərinə həmin avadanlıqları quraşdıraraq köməklik göstərməsinə əsaslı şübhələr müəyyən olunub.
Bundan əlavə, Sumqayıt şəhərində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə olmadan və qanunvericiliyin tələblərini pozaraq gizli informasiya alınması üçün nəzərdə tutulmuş 31 ədəd texniki vasitəni satmasına dair şübhələr aşkarlanıb.
Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz satma və əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3-cü və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə 302.3-cü maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Gündüz Abbasov barəsində həbs, digər şəxslər barəsində isə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Əlavə edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə ona cərimə və qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib.
01:50 / 28 İyul 2026
53
01:15 / 28 İyul 2026
52
23:44 / 27 İyul 2026
136
23:18 / 27 İyul 2026
143
22:44 / 27 İyul 2026
77
22:24 / 27 İyul 2026
73
21:47 / 27 İyul 2026
167
21:29 / 27 İyul 2026
90
20:50 / 27 İyul 2026
82
20:19 / 27 İyul 2026
107
20:00 / 27 İyul 2026
119
19:59 / 27 İyul 2026
94
19:46 / 27 İyul 2026
606
19:30 / 27 İyul 2026
133
19:15 / 27 İyul 2026
100
19:13 / 27 İyul 2026
118
19:02 / 27 İyul 2026
105
18:48 / 27 İyul 2026
1030
18:45 / 27 İyul 2026
125
18:33 / 27 İyul 2026
92
18:30 / 27 İyul 2026
957
18:22 / 27 İyul 2026
93
18:20 / 27 İyul 2026
2888
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.