Ağdaban Soyqırımı: Mədəniyyətimizə və Tariximizə Qarşı Yönəlmiş Qanlı Cinayət
08 Aprel 2026, 21:42
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
902
12.02.2026, 21:03
Müxtəlif yaşlarda şəxslərin öldükdən sonra süni intellektlə "dirildilməsi", ona video çəkilməsi demək olar ki, sosial şəbəkələrdə hər addımbaşı rastlaşdığımız adi hala çevrilib.
Oxu24.com -un suallarını ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov cavablandırıb.
-Əkrəm müəllim, son zamanlar süni intellekt vasitəsilə vəfat etmiş insanların görüntüsünü və səsini bərpa edib video hazırlamaq halları da yayılıb. Dinimiz ölənlərə sayğı ehtiva etsə də, amma süni intellektə “vurulmuş” biriləri dinin təqdir etmədiyi məqamlara toxunur.
-Belə videolarla sosial şəbəkələrdə tez-tez rastlaşırıq. Bu məsələ əslində emosional olduğu qədər də hüquqi və əxlaqi müzakirə tələb edir. Mövzuya yanaşarkən təşviş yox, prinsip əsas götürülməlidir. İslam baxımından ölüm bioloji hadisə olmaqla yanaşı metafizik keçiddir. Qurani -Kərimdə Möminun surəsi 99 və 100-cü ayələrdə insanın ölümündən sonra geri dönüşünün mümkün olmadığı, qarşısında bərzəx mərhələsinin olduğu bildirilir. Bu, ontoloji həqiqətdir. Texnoloji vasitə ilə görüntü yaratmaq həmin şəxsi diriltmək demək deyil. Bu sadəcə rəqəmsal simulyasiyadır.
Həmçinin oxuyun
- Şəxsən mən bu tip videoları mərhumun yaxınları tərəfindən yaradıldığını görmüşəm. Yaxını olsa belə bir mərhum üçün bu sayğısızlıq nə vaxt mümkün hesab oluna bilər?
- Bəşəriyyət üçün ən mühüm prinsip insan ləyaqətidir. İsra surəsi 70-ci ayədə insanın şərəfli yaradıldığı vurğulanır:”Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik”.
-Bu şərəf həyatla məhdudlaşmır. Peyğəmbərimizdən gələn səhih hədisdə buyurulur ki, ölünün sümüyünü sındırmaq, diri insanın sümüyünü sındırmaq kimidir. Bu rəvayət Sünən Əbu Davud və İbn Macədə yer alır və alimlər buradan belə nəticə çıxarıblar ki, ölünün hörməti diri insanın hörməti kimidir. İmam Nəvəvi və digər fiqh alimləri meyitin təhqir olunmasını, alçaldılmasını haram saymışlar. Əgər süni intellektlə hazırlanan video mərhumun razılığı olmadan, ailəsinin icazəsi olmadan və ya onu gülüş obyektinə çevirmək, kommersiya məqsədi ilə istifadə etmək üçün edilirsə, bu, dini baxımdan problemli hesab olunur. Çünki burada həm şəxsi hüquq, həm də insan ləyaqəti pozula bilər. Əksinə, əgər məqsəd xatirəni qorumaq, hörmət çərçivəsində yad etməkdirsə, alimlər bunu ayrıca qiymətləndirirlər. Burada əsas meyar niyyət, məzmun və nəticədir.
-Bayaq bir dindar şəxs bu tip videoları qiyamətin əlaməti kimi xarakterizə etmişdi. Bu reaksiya doğrudurmu?
- Qiyamət əlaməti məsələsinə gəldikdə, klassik mənbələrdə süni intellekt kimi texnoloji hadisələr konkret əlamət kimi qeyd olunmayıb. Hədislərdə böyük və kiçik əlamətlərdən bəhs olunur. Məsələn, elm və texnologiyanın artması barədə ümumi işarələr var, lakin konkret olaraq rəqəmsal simulyasiya və ya virtual görüntü barədə məlumat yoxdur. Ona görə də bu texnologiyanı birbaşa qiyamət əlaməti kimi təqdim etmək elmi və dini baxımdan əsaslı deyil. Müasir baxış bu məsələyə əlavə ölçü gətirir. Süni intellekt insanın məlumatlarını analiz edib yeni kontent yaradır.
-Yəni, prosesə "xatirələrin canlandırılması" da deyə bilərikmi?
-Bu ontoloji dirilmə deyil, məlumatın emalıdır. Fəlsəfi baxımdan şüur, ruh və şəxsiyyət məlumat bazasına reduksiya edilmir. Ona görə də belə video real dirilmə yox, texniki illüziyadır. Bir sözlə, ölən şəxsi süni intellektlə diriltmək mümkün deyil, sadəcə onun obrazı modelləşdirilir. Bunun dini hökmü niyyətə, istifadəyə və ləyaqət prinsiplərinə bağlıdır. Qiyamət əlaməti kimi təqdim etmək isə mənbələrə əsaslanmır. Əsas məsələ texnologiyanın özündə deyil, onu hansı əxlaqi çərçivədə istifadə etməyimizdədir.
- Geniş, maraqlı məlumatlara görə təşəkkür edirik, Əkrəm müəllim!
Söhbətləşdi: Əntiqə Rəşid
00:30 / 15 Aprel 2026
32
00:25 / 15 Aprel 2026
116
00:04 / 15 Aprel 2026
141
00:00 / 15 Aprel 2026
42
23:48 / 14 Aprel 2026
131
23:41 / 14 Aprel 2026
55
23:39 / 14 Aprel 2026
219
23:33 / 14 Aprel 2026
97
23:29 / 14 Aprel 2026
126
23:28 / 14 Aprel 2026
42
23:26 / 14 Aprel 2026
49
23:18 / 14 Aprel 2026
54
23:10 / 14 Aprel 2026
43
23:06 / 14 Aprel 2026
228
22:53 / 14 Aprel 2026
48
22:52 / 14 Aprel 2026
55
22:52 / 14 Aprel 2026
45
22:46 / 14 Aprel 2026
153
22:33 / 14 Aprel 2026
234
22:31 / 14 Aprel 2026
152
22:28 / 14 Aprel 2026
56
22:10 / 14 Aprel 2026
54
21:56 / 14 Aprel 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.