Arzum999 işi: Yenidən həbs tələbi verilə bilər?
27 İyul 2026, 14:34
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
664
12.02.2026, 22:29
Əmək münasibətlərində ən çox rast gəlinən problemlərdən biri də işçilərin normadan artıq işlədilməsi və bunun müqabilində əlavə ödənişin edilməməsidir. Xüsusilə istehsalat və zavod tipli müəssisələrdə çalışan əməkdaşlar illərlə artıq saatlarla işlədiklərini, lakin bunun qarşılığını ala bilmədiklərini bildirirlər.
Oxu24.com xatırladır ki,məsələyə hüquqi baxımdan yanaşdıqda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən gündəlik iş vaxtı 8 saatdan, həftəlik iş vaxtı isə 40 saatdan artıq olmamalıdır.
Bu norma ümumi qaydadır. Növbəli iş rejimində (məsələn, 12 saatlıq və ya sutkalıq növbələrdə) iş vaxtının uçotu fərqli qaydada aparılsa da, ümumi iş vaxtı qanunla müəyyən edilmiş həddi aşmamalıdır.
Əgər işçi rəsmi olaraq səhər saat 08:00-dan 17:00-dək işləməli olduğu halda faktiki olaraq hər gün saat 19:00-a qədər – yəni əlavə 2 saat – işləyibsə və bu artıq işə görə əlavə əməkhaqqı almayıbsa, bu halda onun hüququnun pozulması ehtimalı yaranır.
Qanunvericiliyə əsasən, artıq iş saatlarına görə əməkhaqqı artırılmış məbləğdə ödənilməlidir və bu, işəgötürənin vəzifəsidir.
Hüquqları pozulan işçi ilk növbədə Əmək Müfəttişliyinə müraciət edə bilər.
Eyni zamanda, əmək mübahisələri üzrə məhkəməyə müraciət etmək hüququ da mövcuddur.
Lakin mövcud prosedura əsasən, məhkəməyə müraciətdən əvvəl mediasiya mərhələsi məcburidir. Yəni əvvəlcə mediasiya qaydasında barışıq proseduru keçirilməli, nəticə əldə olunmadıqda isə məhkəməyə müraciət etmək mümkündür.
Mühüm məqam isə iddia müddəti ilə bağlıdır. Əmək mübahisələrində pul tələbləri üzrə bir illik iddia müddəti tətbiq olunur. Bu o deməkdir ki, işçi illərlə artıq işləsə belə, məhkəmə qaydasında ən çox son bir il ərzində ödənilməmiş artıq iş saatlarının əməkhaqqını tələb edə bilər. Daha əvvəlki dövrlər üzrə tələb iddia müddətinin keçməsi səbəbindən təmin olunmaya bilər.
Beləliklə, işçi bu gün müraciət etsə, son bir ilin artıq işlədiyi saatların ödənişini tələb etmək hüququna malikdir. Bunun üçün faktiki iş saatlarını sübut edən sənədlər (iş qrafiki, davamiyyət cədvəli, şahid ifadələri və s.) mühüm əhəmiyyət daşıyır.
Hazırladı: Jalə
01:50 / 28 İyul 2026
53
01:15 / 28 İyul 2026
52
23:44 / 27 İyul 2026
136
23:18 / 27 İyul 2026
143
22:44 / 27 İyul 2026
77
22:24 / 27 İyul 2026
73
21:47 / 27 İyul 2026
167
21:29 / 27 İyul 2026
90
20:50 / 27 İyul 2026
82
20:19 / 27 İyul 2026
107
20:00 / 27 İyul 2026
119
19:59 / 27 İyul 2026
94
19:46 / 27 İyul 2026
606
19:30 / 27 İyul 2026
133
19:15 / 27 İyul 2026
100
19:13 / 27 İyul 2026
118
19:02 / 27 İyul 2026
105
18:48 / 27 İyul 2026
1030
18:45 / 27 İyul 2026
125
18:33 / 27 İyul 2026
92
18:30 / 27 İyul 2026
957
18:22 / 27 İyul 2026
93
18:20 / 27 İyul 2026
2888
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.