Ən böyük ölkələrdən biri parçalanır: Tramp düyməyə basdı
01 Oktyabr 2026, 21:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
918
12.02.2026, 20:36
Xəbər verdiyimiz kimi, fevralın 10-da ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfər etdi.
Azərbaycan ictimaiyyəti üçün maraqlı məsələlərdən biri də Vensin səfərinin siyasi baxımdan ölkəmiz üçün önəmidir.
Bununla bağlı Gələcək Azərbaycan Partiyasının sədri , siyasətçi Ağasif Şakiroğlu Oxu24.com-a fikirlərini bildirib.
Partiya sədri cənab Vensin Azərbaycana səfərini əlamətdar bir hadisə kimi xarakterizə edib.
"Təbii ki, bu əlamətdar bir səfərdir, istər Azərbaycan, istər bölgəmiz, istərsə də regimonuzun tarixində çox mühüm əhəmiyyət kəsb edir. Görüşdə müddətində səmimi münasibət, imzalanan müqavilələr -sənədlər hamısı Azərbaycanın perspektivlərinə yazılan uğurlardır. Fikrimcə, Amerika Birləşmiş Ştatlarının ikinci şəxsini Azərbaycana yönləndirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin çoxşaxəli, çox vektorlu siyasətinin tərkib hissəsidir və düşünürəm ki, bu həm də Azərbaycan yeni bir dövrün başlanğıcı olacaq. Görüşün əhəmiyyəti istər, demokratiya sahəsində, istərsə iqtisadi sahədə, üstəlik regionun geopolitik məsələlərində özünü göstərəcək.
Azərbaycanın bölgənin super gücü olaraq ABŞ tərəfindən də qəbul edilməsinin açıq və nümayişkarlarana göstəricilərindən bir elementdir. Eyni zamanda Qərbin və başda ABŞ olaraq Azərbaycanla müttəfiqlik, strateji tərəfdaşlıq və digər məsələlərə xüsusi diqqət və önəm verməsinin göstəricisidir. Fikrimcə, yaxın 5 -10 ildə bu Azərbaycanımıza, dövlətimizə xeyir verdiyi qədər, eyni zamanda, ABŞ-a da faydalar vermiş olacaqdı.
Yəni, hər iki tərəf bu əməkdaşlıqdan, bu qarşılıqlı inamdan və qarşılıqlı etimatdan yalnız qazancla çıxacağını düşünürəm.
Çünki Prezident İlham Əliyevin yürütdüyü siyasət bir daha suübut edir ki, Azərbaycan nəinki bölgənin, hətta dünyanın aparıcı dövlətləri ilə eyni sıraya qalxmış bir dövlətə çevirilib” -deyə partiya sədri vurğulayıb.
Əntiqə Rəşid
02:00 / 02 Oktyabr 2026
86
00:03 / 02 Oktyabr 2026
125
23:54 / 01 Oktyabr 2026
89
23:41 / 01 Oktyabr 2026
113
23:12 / 01 Oktyabr 2026
119
23:00 / 01 Oktyabr 2026
112
22:53 / 01 Oktyabr 2026
96
22:52 / 01 Oktyabr 2026
104
22:50 / 01 Oktyabr 2026
176
22:42 / 01 Oktyabr 2026
89
22:31 / 01 Oktyabr 2026
98
22:24 / 01 Oktyabr 2026
131
22:18 / 01 Oktyabr 2026
245
22:07 / 01 Oktyabr 2026
104
21:42 / 01 Oktyabr 2026
98
21:41 / 01 Oktyabr 2026
113
21:31 / 01 Oktyabr 2026
98
21:29 / 01 Oktyabr 2026
111
21:26 / 01 Oktyabr 2026
260
21:25 / 01 Oktyabr 2026
84
21:19 / 01 Oktyabr 2026
94
21:15 / 01 Oktyabr 2026
87
21:08 / 01 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.