Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
327
08.05.2025, 21:49
21:23
Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-lı Kardinal Robert Prevost Roma Katolik Kilsəsinin yeni papası və lideri seçilib və Müqəddəs Pyotr Meydanında toplaşan izdihama yüksək rütbəli kardinal tərəfindən onun XIV Leo adını seçdiyi elan edilib.
---------
20:14
8 may 2025-ci il tarixində Vatikan şəhərində keçirilən konklav nəticəsində yeni Papa seçilib. Sistina Şapelinin bacasından çıxan ağ tüstü Katolik kilsəsinin 267-ci Papasının seçildiyini rəmzi şəkildə elan edib.
Papa Fransiskin 21 aprel tarixində vəfatından sonra başlayan seçim prosesində dünyanın 70 ölkəsindən 133 kardinal bir araya gələrək səsvermə yolu ilə yeni ruhani lideri müəyyən ediblər. Seçim üçüncü turda yekunlaşıb və yeni Papa yaxın zamanda Vatikanın məşhur Müqəddəs Pyotr Bazilikasının eyvanından rəsmi şəkildə xalqa təqdim olunacaq.
Hazırda yeni Papa'nın adı hələlik açıqlanmayıb, lakin onun seçildiyi rəsmi şəkildə təsdiqlənib. Gözlənilir ki, yaxın dəqiqələrdə və ya saatlarda yeni Papa'nın adı bütün dünyaya elan ediləcək.
Xatırladaq ki, Papa Fransiskin ölümündən sonra Roma Papası postuna dörd kardinal namizəd idi.
Namizədlərdən biri Filippinin paytaxtı Maniladan olan arxiyepiskop Luis Antonio Taqledir. Jurnalistlər qeyd edirlər ki, o, konklavda səs çoxluğu qazanacağı təqdirdə Asiya əsilli ilk pontifik kimi tarixə düşəcək, eyni zamanda, "ən liberal Roma papası" olacaq.
Digər namizəd Vatikanın dövlət katibi Pyetro Parolindir. O, dəfələrlə beynəlxalq münaqişələrin nizamlanmasında iştirak edib və buna görə "Vatikanın misilsiz diplomatı" reputasiyasını qazanıb.
Üçüncü namizəd əslən Macarıstandan olan arxiyepiskop Esterq Budapeştli Peter Erdyodur. Dördüncü namizədin isə Keyp-Kostun keçmiş yepiskopu Piter Turksondur. Jurnalistlər qeyd edirlər ki, o, tarixin ilk qaradərili Roma Papası ola bilər.Milli.Az
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.