Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
368
08.05.2025, 17:53
Microsoft-un qurucusu və dünyanın ən zəngin insanlarından biri Bill Qeyts yaxın 20 il ərzində 200 milyard dollar dəyərində olan sərvətinin demək olar ki, hamısını öz fondu (Gates Foundation) vasitəsilə xeyriyyəçiliyə bağışlayacağını bəyan edib.
"Mən bütün vəsaitlərimi, demək olar ki, bütün dünyada insanların həyatını xilas etmək və yaxşılaşdırmaq üçün Qeyts Fondu vasitəsilə istifadə etməyi planlaşdırıram. Fond 31 dekabr 2045-ci ildə bağlanacaq", - deyə Qeyts öz internet səhifəsində yazıb.
Reuters qeyd edir ki, milyarder dolayısı ilə Amerikanın bir çox yardım proqramlarını kəsən və ya dayandıran ABŞ prezidenti Donald Trampı tənqid edib.
Qeyts yazıb ki, o, yeni doğulmuş körpələrin, uşaqların və anaların həyatını "qarşısını alına bilən səbəblərdən" xilas etmək, həmçinin poliomielit, malyariya və qızılca kimi xəstəliklərin kökünü kəsmək, yoxsulluğu azaltmaq istəyir.
“Mən öləndən sonra insanlar mənim haqqımda çox şeylər deyəcəklər, amma əmin olmaq niyyətindəyəm ki, onların heç biri “Zəngin ölüb” deməsin”.
CNN xəbər verir ki, 2000-ci ildə fondu yaradan Bill və Melinda Qeyts, ilkin olaraq vəfat etdikdən sonra fondun öz vəsaitləri ilə fəaliyyətini davam etdirməsini planlaşdırırdılar. Bununla belə, Qeyts indi vəsaitlərin köçürülməsi prosesini sürətləndirməyə qərar verib.
Fond yarandığı gündən QİÇS, vərəm və malyariya ilə mübarizə proqramları da daxil olmaqla 100 milyard dollar ianə edib.
Bloomberg-in məlumatına görə, Qeytsin hazırkı sərvəti 108 milyard dollar qiymətləndirilir.
Nigar
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.