Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
231
08.05.2025, 11:52
Aİ hökumətləri NATO-nun qarşıdan gələn sammitinin iştirakçılarını mümkün qalmaqalların qarşısını almaq üçün ABŞ prezidenti Donald Trampın qərarlarının ictimai müzakirələrindən qaçmağa çağırıb.
Oxu24.com xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Diplomatlar və rəsmilər qeyd ediblər ki, Avropa ölkələri Amerika lideri ilə münasibətləri pisləşdirməkdənsə, onunla əməkdaşlığı davam etdirmək niyyətindədirlər.
Bununla əlaqədar, Aİ hökumətləri gələn ay Haaqada baş tutacaq NATO sammiti yekunlaşana qədər ABŞ-la bağlı mühüm qərarları, o cümlədən əhəmiyyətli müdafiə investisiyalarını müvəqqəti olaraq dayandırmağı təklif edir.
NATO rəsmilərinə həmçinin Trampla toqquşma ehtimalını azaltmaq üçün tədbirin ölçüsünü minimuma endirməyə çağırılıb. Müzakirə olunan məsələlər arasında Amerika prezidentini arxayınlaşdırmaq tədbirləri, o cümlədən onun Ukraynaya münasibətini tənqid etməkdən və Qrenlandiyanın ilhaqı ilə bağlı ritorikadan yayınmaq da var.
Aİ-nin yüksək rütbəli rəsmisi vurğulayıb ki, əsas vəzifə sammitin dinc şəkildə keçirilməsini təmin etməkdir. Avropa paytaxtları həmçinin Avropa Komissiyasını Ağ Evə qarşı düşmənçilikdən çəkinməyə çağırıb.
Digər tərəfdən, ABŞ rəsmiləri xəbərdarlıq ediblər ki, 31 NATO üzvü arasında müdafiə xərclərinin artırılması ilə bağlı razılıq əldə olunmasa, Tramp sammitdən çıxa bilər. Vaşinqtonun əsas tələbi dəyişməz olaraq qalır: Avropalı müttəfiqlər Avropanın müdafiəsi üçün daha çox məsuliyyət götürməlidirlər.
NATO-nun yüksək səviyyəli diplomatı əlavə edib ki, təhlükəsizlik məsuliyyətinin ABŞ-dan Avropaya keçməsi üçün etibarlı planın hazırlanması prioritet olaraq qalır.
Nigar
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.