Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
235
08.05.2025, 11:45
Avropa Parlamentinin (AP) çərşənbə günü qəbul etdiyi hesabata əsasən, Türkiyə cəmiyyətinin böyük bir hissəsinin demokratik və avropapərəst istəklərinə baxmayaraq, Türkiyənin Aİ-yə üzvlük prosesi mövcud şəraitdə bərpa edilə bilməz.
Hesabatı 367 deputat təsdiqləyib, 74 əleyhinə, 188 isə bitərəf qalıb.
"Avropa Parlamenti deputatları Türkiyədə demokratik standartların davam edən pisləşməsindən və tənqidi səslərin amansızcasına basdırılmasından dərin narahatdırlar. Onlar son dinc kütləvi etirazların dağıdılmasını və yüzlərlə etirazçının cinayət törətdiyinə dair heç bir dəlil olmadan tələsik kütləvi məhkəmələr vasitəsilə mühakimə olunmasını pisləyirlər", deyə o bildirib.
Hesabata görə, “Türkiyə hökuməti Avropa Birliyinə qoşulma prosesində zəruri olan fundamental demokratik çatışmazlıqları aradan qaldıra bilməyib”.
Sənədə görə, Türkiyə hakimiyyəti “ölkəni tam avtoritar modelə doğru daha da irəli aparır”.
Hesabatda bildirilir ki, Aİ-yə üzvlük “demokratiya, qanunun aliliyi, insan haqları, azlıqlara hörmət və müdafiə, mehriban qonşuluq münasibətləri, beynəlxalq hüquqa hörmət və Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə riayət edilməsini təmin edən sabit institutlar” kimi müəyyən giriş meyarlarının yerinə yetirilməsindən asılıdır.
Aİ parlamentariləri xatırladırlar ki, bunlar mütləq meyarlardır. Hesabatda vurğulanır ki, "Aİ-yə üzvlük meyarları müzakirə olunmur".
Avropa Parlamenti Türkiyə hakimiyyətini, Aİ təsisatlarını və üzv dövlətləri “iqlim dəyişikliyi ilə mübarizə, enerji təhlükəsizliyi, terrorizmlə mübarizədə əməkdaşlığa və regional sabitliyə xüsusi diqqət yetirməklə daha sıx, daha dinamik və strateji tərəfdaşlıq” istiqamətində işi davam etdirməyə çağırıb.
1999-cu ilin dekabrında Avropa Şurası Türkiyəni Aİ üzvlüyünə namizəd ölkə kimi tanıdı. 2005-ci ilin oktyabrında ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlanılıb. 2018-ci ildə Aİ Şurası bu danışıqların dayandırıldığını bəyan edib. Şura sənədində deyilir: "Danışıqlar faktiki olaraq dalana dirənib".
Nigar
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.