Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
467
07.05.2025, 18:52
Türkiyənin Çanaqqala vilayətində keçirilən qeyri-adi bir toy mərasimi sosial şəbəkələrdə və yerli mediada böyük marağa səbəb olub. Bayramiç rayonunun Pınarbaşı kəndində baş tutan toyda gəlin və bəyə edilən qeyri-adi hədiyyələr hər kəsi təəccübləndirib.
Oxu24.com xəbər verir ki, Pınar və Harun Acar cütlüyünün toyunda keçirilən takı mərasimində (qızıl və hədiyyə təqdimatı) iştirakçılar adət-ənənələrin xeyli kənarına çıxaraq, maraqlı və gülməli səhnələrə imza atıblar.
Gəlinə buzov, bəyə at hədiyyə edildi
Həftə sonu boyunca davam edən toy mərasimində bəyə edilən zarafatlar və təqdim olunan qeyri-adi hədiyyələr toya qatılanlar arasında əyləncəli ab-hava yaradıb. Kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan bəyə dostları qeyri-adi şəkildə at və gəlinə isə buzov hədiyyə ediblər.
Cütlüyün yaxın dostu Hakkı Eren gəlinə buzov təqdim edərkən, bəyin sağdıcı Utku Ercen və əmisi Halil Acar birlikdə aldıqları atı bəyə "takı" olaraq təqdim ediblər.
Ot, gübrə və yem də "takı" kimi təqdim olundu
Zarafatlar bununla da bitməyib. Toya qatılan digər qonaqlar isə cütlüyə ot bağlaması, gübrə və yem kimi kənd təsərrüfatı məhsulları hədiyyə veriblər. Ən maraqlı anlar isə bəyə qadın geyimləri hədiyyə edilib və bu geyimləri geyinməsi üçün məcbur edildiyi zaman yaşanıb. Hədiyyə olunan at və geyimlərlə toy məkanında dolaşdırılan bəy zarafatların nə vaxt bitəcəyini səbirsizliklə gözləyib.
Bu qeyri-adi və rəngarəng toy Pınarbaşı kəndi ilə yanaşı, ətraf kəndlər və Bayramiç rayon mərkəzində də böyük maraqla qarşılanıb. Sosial mediada yayılan görüntülər isə toya gələ bilməyənləri də güldürməyi bacarıb.
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.