Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
255
07.05.2025, 09:15
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 10-cu Anadolu Media Mükafatları proqramında çıxış edərək, əlinə mikrofon alan hər kəsin jurnalist sayıla bilməyəcəyini vurğulayıb və "Xalqı təhrik edən jurnalist ola bilməz. Küçədə xalqımız açıq şəkildə təxribatla qarşı-qarşıyadır" deyə bildirib.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, CNN TÜRK xüsusi xəbərlər şöbəsinin rəhbəri Fulya Öztürk ilin müxbiri seçilib.
Prezident Ərdoğan Beştəpədə keçirilən mərasimdə etdiyi çıxışında bu sözləri deyib:
"Əlinə bir mikrofon, bir də kamera alanın özünü jurnalist və ya müxbir kimi təqdim etdiyi bir ölkədə yaşayırıq. Son günlərdə müşahidə etdiyimiz kimi, bu şəxslər xüsusilə küçə müsahibəsi adı altında küçələrdə demək olar ki, terror estetikası yaradır. Mikrofonu ələ keçirənlər xalqı təhqir etməyə cəsarət göstərir. Xalqın düşüncəsini öyrənmək əvəzinə, təxribat xarakterli suallar və təhqiredici üslubla xalqımız açıq şəkildə təhrik edirlər."
Ərdoğan əlavə edib:
"Necə ki, cübbə geyinən hər kəs hakim, prokuror və ya vəkil olmur, necə ki, forma geyinən hər kəs polis və ya əsgər sayılmırsa, əlinə mikrofon və kamera alıb küçəyə çıxan hər kəs də jurnalist deyil, mətbuat işçisi deyil.
Xalqı təhrik edən, insanımıza təhqir edən jurnalist ola bilməz, olsa belə, ona jurnalist demək olmaz. Pul qazanmaq və ya bir neçə klik daha çox almaq kimi bəhanələri qəbul edə bilmərik. Xalqa hörməti olmayanın gördüyü işə də hörməti olmaz."
Prezident Ərdoğanın çıxışından sonra 10-cu Anadolu Media Mükafatlarının sahibləri elan olunub.
Yeni Akit qəzetinə "İlin İnternet Xəbər Saytı" mükafatı təqdim olunub. Mükafatı qəzetin Baş redaktoru Murat Alan Prezident Ərdoğanın əlindən alıb.
10-cu Anadolu Media Mükafatları sahibləri:
İlin Mədəniyyət Kanalı: Vav TV
İlin Ankara Nümayəndəsi: Ahmet Ergen (NTV)
İlin İdman Proqramı: Haber Global - Kontra (Nihat Kahveci)
İlin Müxbiri: Fulya Öztürk (CNN TÜRK)
İlin Yerli Xəbər Televiziyası: TV Kayseri
İlin Qəzet Ankara Nümayəndəsi: Kadir Yıldız (Türkgün)
İlin Köşə Yazarı: Yücel Koç (Türkiye Qəzeti)
İlin İnternet Xəbər Saytı: yeniakit.com.tr
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.