Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
336
06.05.2025, 16:15
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov mümkün istefa ilə bağlı şayiələrə münasibət bildirərək vəzifəsindən istefa vermək istədiyini açıqlayıb.
Oxu24.com xəbər verir ki, O, bu barədə “Chechnya Today” xəbər agentliyinə müsahibəsində bildirib.
Kadırov qeyd edib ki, o, yeni rəhbərə ideya və yanaşmalarını həyata keçirmək imkanı vermək üçün vəzifəsindən azad olunmasını özü xahiş edir.
"Mən özüm də vəzifəmdən azad olunmağımı xahiş edirəm. Başqasının öz təşəbbüsü, öz baxışı olacaq. Ümid edirəm ki, mənim xahişim dəstəklənəcək", - deyə Kadırov bildirib.
Çeçenistan rəhbəri səlahiyyətlərinin götürülməsini konkret olaraq kimin tələb etdiyini açıqlamayıb.
Bundan əvvəl “Novaya qazeta Avropa” qəzeti Kadırovun səhhətinin pisləşməsinin onu hakimiyyətin təhvil verilməsinə hazırlaşmağa sövq etdiyini iddia edən məqalə dərc etmişdi.
Nəşrin yazdığına görə, 2024-cü ildə Çeçenistan rəhbərinin vəziyyəti müvəqqəti olaraq stabilləşib, lakin 2025-ci ildə o, planlı müayinə üçün Moskvaya getməyib, həyat yoldaşı Medni Kadırova məxsus Qroznıdakı “Aimed” klinikasında müalicə alıb.
Həmçinin bildirilirdi ki, Kadırovun qohumlarının və ona sadiq olan klanların, eləcə də oğullarının respublikada mövqeləri güclənir ki, bu da hakimiyyət dəyişikliyinə hazırlıqların tərkib hissəsi ola bilər.
Miri
00:14 / 20 Avqust 2026
35
23:35 / 19 Avqust 2026
37
22:10 / 19 Avqust 2026
67
21:40 / 19 Avqust 2026
66
21:17 / 19 Avqust 2026
70
20:59 / 19 Avqust 2026
63
20:04 / 19 Avqust 2026
77
19:50 / 19 Avqust 2026
81
19:27 / 19 Avqust 2026
97
17:59 / 19 Avqust 2026
106
17:50 / 19 Avqust 2026
93
17:32 / 19 Avqust 2026
115
17:12 / 19 Avqust 2026
112
16:49 / 19 Avqust 2026
102
16:38 / 19 Avqust 2026
81
16:19 / 19 Avqust 2026
105
15:59 / 19 Avqust 2026
94
15:56 / 19 Avqust 2026
74
15:54 / 19 Avqust 2026
121
15:45 / 19 Avqust 2026
93
15:36 / 19 Avqust 2026
122
15:30 / 19 Avqust 2026
92
15:11 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.