Qaynar xətt:

(+99450) 247 90 86

Planetin ən yaşlı insanı vəfat edib

Planetin ən yaşlı insanı vəfat edib

DÜNYA

740

01.05.2025, 10:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Planetin ən yaşlı insanı, braziliyalı rahibə İna Kanabarru Lukas 116 yaşında vəfat edib.

Oxu24.com  xəbər verir ki, bu barədə "Agency Franse Presse" Braziliyanın Portu-Aleqri şəhərinin Karmelit Bacıları Konqreqasiyasının bəyanatına istinadən məlumat yayıb.

"Planetin ən yaşlı insanı, braziliyalı rahibə İna Kanabarro Lukas çərşənbə günü 116 yaşında vəfat edib", - agentlik onun Portu Aleqri şəhərində yaşadığı Karmelit Bacılar İcmasının bəyanatına istinadən qeyd edir.

Agentlik xatırladıb ki, Kanabarru 1908-ci il iyunun 8-də anadan olub. O, 2024-cü ilin dekabrında 116 il yaşayan Yaponiya sakini Tomiko İtookinin ölümündən sonra dünyanın ən yaşlı insanı hesab edilib.