30 milyonluq qəsr aldı
21 Avqust 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
366
01.05.2025, 09:10
Çində yerləşən texnologiya startapı "Betavolt" enerji sahəsində inqilabi yeniliklə çıxış edib.
Oxu24.com xəbər verir ki, şirkət 50 il ərzində şarj və texniki xidmət olmadan işləyə bilən atom enerjili batareyanın kütləvi istehsalına başladığını açıqlayıb.
Bu texnologiya gələcəkdə mobil telefonlardan kosmik qurğulara qədər bir çox sahədə tətbiq edilə bilər.
Hazırda "BV100" modeli adı ilə təqdim olunan batareya cəmi 15x15x15 mm ölçüsündədir. Bu kiçik akkumulyator 100 mikrovat güc və 3 volt gərginlik təmin edir. Enerji mənbəyi isə nikel-63 izotopunun radioaktiv parçalanmasıdır. Batareyada yerləşdirilən kristal yarımkeçirici materiallar vasitəsilə 3300 meqavat-saat enerji saxlana bilir - bu da litium batareyalardan 10 qat daha çox enerji sıxlığı deməkdir.
"Betavolt"un bildirdiyinə görə, bu batareya gələcəkdə tibbi cihazlardan tutmuş hərbi texnologiyalara, uzaq rabitə sistemlərindən tutmuş kosmik aparatlara qədər müxtəlif sahələrdə istifadə edilə bilər. Hazırda "BV100" modeli noutbuk və ya smartfon kimi cihazları enerji ilə təmin edə bilmir, lakin daimi enerji tələb edən dron və kiçik avadanlıqlar üçün tam uyğundur.
Şirkət 2025-ci ilin son rübünə qədər 1 vatt gücündə yeni modelin təqdimatını nəzərdə tutur. Bu texnologiyanın inkişafı ilə enerji sektoru və gündəlik istifadə edilən cihazlarda "şarj" anlayışının aradan qalxması mümkün görünür.
00:06 / 21 Avqust 2026
100
00:02 / 21 Avqust 2026
112
23:56 / 20 Avqust 2026
153
23:51 / 20 Avqust 2026
114
23:30 / 20 Avqust 2026
736
23:29 / 20 Avqust 2026
86
23:29 / 20 Avqust 2026
96
23:11 / 20 Avqust 2026
526
22:55 / 20 Avqust 2026
115
22:02 / 20 Avqust 2026
122
21:50 / 20 Avqust 2026
75
21:38 / 20 Avqust 2026
96
21:24 / 20 Avqust 2026
201
20:56 / 20 Avqust 2026
98
20:20 / 20 Avqust 2026
72
20:05 / 20 Avqust 2026
99
19:43 / 20 Avqust 2026
91
19:29 / 20 Avqust 2026
82
19:09 / 20 Avqust 2026
138
18:58 / 20 Avqust 2026
171
18:49 / 20 Avqust 2026
119
18:41 / 20 Avqust 2026
92
18:35 / 20 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.