Qaynar xətt:

(+99450) 247 90 86

İranda yanacaq tankerləri partladı: Sərhəd bağlandı - VİDEO

İranda yanacaq tankerləri partladı: Sərhəd bağlandı - VİDEO

DÜNYA

289

05.08.2024, 20:55

İranın Xorasan-Rəzəvi əyalətinin Taybad şəhərində xüsusi iqtisadi zonada yanacaq tankerlərinin partlaması nəticəsində Doqaron gömrüyü və sərhəd-keçid məntəqəsi bağlanıb.

Bu barədə OXU24.COM "Azad İran" "Telegram" kanalına istinadən bildirir.

Məlumata görə, hadisə nəticəsində, həmçinin, avtomobillərin hərəkəti dayandırılıb.

Yanğının qarşısını almaq üçün əraziyə yanğınsöndürənlər göndəriliblər, dəymiş ziyanın məbləği hələlik açıqlanmayıb.