Zelenskinin dsini dronla vurmaq istədilər
09 Sentyabr 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
271
05.08.2024, 17:43
Avropa İttifaqı sanksiyalar siyahısına Belarusun təhlükəsizlik qüvvələrinin nümayəndələrini, həmçinin BelTA agentliyinin baş direktoru və ölkə prezidentinin mətbuat xidmətinin keçmiş rəhbəri Dmitri Juku əlavə edib.
Oxu24.com xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat verilib.
“Bu gün Şura Belarusda davam edən daxili repressiyalar və insan hüquqlarının pozulmasında rol oynadıqlarına görə daha 28 nəfərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib”, - deyə bəyanatda bildirilir.
Baş Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin iki rəis müavini barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Siyahılarda prokurorlar, hakimlər və müxtəlif islah müəssisələrinin rəhbərləri də var.
Sanksiya siyahısına BelTA-nın baş direktoru ilə yanaşı, agentliyin baş direktoru İrina Akuloviç, Senat televiziya proqramının aparıcısı və Belarus Milli Assambleyası yanında Gənclər Şurasının sədri Nikita Raçilovski də daxil edilib.
Bəyanatda deyilir ki, onlar təzyiqlərlə bağlı ictimaiyyətə yalan məlumat veriblər, dezinformasiyalar yayıblar, demokratik müxalifətə və vətəndaş cəmiyyətinə qarşı nifrəti təbliğ ediblər.
Hazırda Aİ-nin Belarusa qarşı məhdudlaşdırıcı tədbirləri 261 fiziki şəxs və 37 təşkilata şamil edilir.
İyun ayında Aİ Belarusdan qızıl, almaz və xam neft idxalına qadağa qoyub.
Bundan əvvəl Belarus Xarici İşlər Nazirliyi Aİ-nin yeni sanksiyalarını dəyərləndirib.
Miri
00:34 / 10 Sentyabr 2026
32
23:34 / 09 Sentyabr 2026
46
23:22 / 09 Sentyabr 2026
63
23:04 / 09 Sentyabr 2026
62
22:55 / 09 Sentyabr 2026
58
22:44 / 09 Sentyabr 2026
58
22:32 / 09 Sentyabr 2026
52
22:14 / 09 Sentyabr 2026
55
22:04 / 09 Sentyabr 2026
75
22:00 / 09 Sentyabr 2026
52
21:55 / 09 Sentyabr 2026
63
21:55 / 09 Sentyabr 2026
62
21:54 / 09 Sentyabr 2026
147
21:50 / 09 Sentyabr 2026
65
21:48 / 09 Sentyabr 2026
59
21:40 / 09 Sentyabr 2026
68
21:34 / 09 Sentyabr 2026
63
21:30 / 09 Sentyabr 2026
64
21:26 / 09 Sentyabr 2026
81
21:20 / 09 Sentyabr 2026
60
21:15 / 09 Sentyabr 2026
90
21:05 / 09 Sentyabr 2026
67
20:57 / 09 Sentyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.