Bugün Qırğızıstanda hər 5 qızdan biri zorla qaçırdılıb, sevmədiyi insanla evləndirilir. Qırğıstanın bu özbaşınalığı hazırda “Girsl not Bridges” (qızlar gəlin deyil) adlı beynəlxalq təşkilatın əsas müzakirə mövzusudur. Bu təşkilat həddi-buluğa çatmamış qızların qaçırırdılıb, zorla evləndirilməsinə qarşı mübarizə aparır. Bir çox şərq ölkəsi üçün müqəddəs adət-ənənə sayılan bu hadisə əslində zorakılıq, insana qarşı mənəvi və fiziki şiddət sayılır.
Qırğızıstanda artıq uzun illərdir ki, qızqaçırma adəti var. Lakin bu ənənə son zamalar çirkin libas geyinib. Belə ki əvvələr qızı qaçıranlar başlıq pulu verib, təmtəraqlı toy-düyün etməyə maddi durumu çatmayan gənclər idilər. Onlar qaçırdıqları qızın öncə razılığını alırdılar. Hazırda isə qızların küçənin ortasında, məktəbdən evə dönərkən, toylarda və s. yerlərdə qaçırdıb, daha doğrusu oğurlayıb, bəyin evinə aparırılar. Əsir “hə” deyənədək onu bir otaqda saxlayır, telefonunu əlindən alır, bir sözlə cəmiyyətlə olan bütün əlaqəsini kəsirlər.
Vacib şərtlərdən biri odur ki, əsirlikdə olan qız bəkarətini itirsin. Bu halda onun polisə müraciət edib, geri dönməyə cəsarəti çatmayacaq. Bu zaman isə qızlar gələcək “həyat yoldaşları” tərəfindən zorlanırlar. Bəzi hallarda qaçırılaraq məcburi cinsi əlaqəyə məruz qalan gənc qızlar son çarəni intiharda görürlər.
Bu tükürpədən adət “ala kaçuu” yəni “götür qaç” adlanır. Hər il ölkədə 15 000 qız bu barbar adətin qurbanına çevrilir. Qaçırılan qızların çoxunun 18 yaşı belə tamam olmur.
Artıq oğurlanıb, polis tərəfindən ailəsinə təslim edilən qızlarla ailə qurmaq istəyən oğlanlar nadir halda tapılır.
Qırğızıstan qanunvericiliyi qız qaçırılmasına görə böyük məbləğdə cərimə müəyyən etsə də, qızların ailələri öz ad-sanlarına xələl gətirməmək üçün polisə müraciət etmirlər. Çünki qaçırılıb, evə geri gəlmiş qız hər bir ata və qardaş üçün rüsvayçılıq deməkdir.
Statistikaya görə, qaçırılan qızların təxminən 20%-i cinayətkarların əlindən qurtulmağa nail olurlar. Digərlərinə isə məcburi nikaha qıyılır. Qırğız “kişiləri” qız qaçırarkən onun sağlamlığını, gəncliyini və gözəlliyini nəzərə alırlar. Bir sözlə onlar üçün yataqda gözəl məşuqə, ağır təsərrüfat işlərini görən güclü işçi qüvvəsi və nəsili davam etdirən sağlam kölə lazımdır.
Oxu24.com
ŞƏRHLƏR