Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10977
az

Prezidentlərin yemək sirləri -Onlar zəhərlənməkdən necə qorunur?

10:5216 Mart, 2019
4211
DÜNYA
  • A
 
2016-cı ildə dünya ölkələri prezidentlərinin şəxsi aşpazları Hindistanın paytaxtı Dehlidə keçirilən qurultayda bir araya gəlmişdilər. Qurultay öncəsində Hindistanın baş naziri Narendra Modi özü şəxsən Obamanın baş aşpazı Kristeta Kromfort və Böyük Britaniya şahzadəsi II Yelizavetanın şəxsi aşpazı Mark Flenaqanın da olduğu baş aşpazları salamlamışdı.

“Dünya liderləri G-20 sammitlərində onsuz da tez-tez bir araya gəlir, görüşürlər. Mən də qərar verdim ki, baş aşpazlar arasında niyə G20 zirvəsi yaratmayaq?!” – Narendra Modi demişdi.
Bu isə bizə prezidentlərin yemək zövqü barədə sualları cavablamaq üçün bir fürsət oldu. Bəli, onlar nə yeyib-içirlər, yemək zövqləri nədir? Hansı aşpazların xidmətindən istifadə edirlər?

Tramp McDonalds dəlisi, Obama piroq həvəskarı…

Öncə ABŞ prezidentlərindən başlayaq. Prezident Donald Tramp həqiqi amerikan stilini sevir: o, fast-food həvəskarıdır. Faktiki olaraq, o, Ağ Evdəki mətbəx işçilərindən yeməkləri “McDonald’sdakı kimi hazırlamağı” tapşırıb. Ən çox sevdiyi isə qızardılmış almalı piroq və burgerlərdir. Amma burgerlər prezidentin xoşuna gəlməyib. Bunun da bir səbəbi odur ki, Ağ Evdə istifadə edilən məhsullar çox keyfiyyətlidir və restoranlar şəbəkəsindəkinin dadını vermir.


Corc Buş (böyük) quru, həddən artıq qızardılmış balıqları yemək zorunda olub. Buna səbəb isə həyat yoldaşı Barbaranın bunu belə istəməsi idi. 25 il boyunca Ağ Evdə çalışmış aşpaz Roland Mesnye deyib ki, Barbara hər dəfə az qala, qışqırıqla balığı onun istədiyi kimi, yeməyə yararlı olmayan vəziyyətdə hazırlamağı tələb edirdi.

Hillari Klinton tərəfindən tutulmuş, daha sonra isə Lora Buş tərəfindən işdən çıxarılmış aşpaz Uolter Şayb danışır ki, kiçik Corc Buşa badam yağı və balla hazırlanmış adi sendviçlər çox xoş gəlirdi. Onun sözlərinə görə, Buş tez-tez mətbəxə gəlib, ondan nahara hansı yemək olduğunu soruşurmuş. Şayb hər zaman əlinin altında prezidentin ən sevimli buterbrodlarını hazır saxlayırdı.

Ronald Reyqana isə şokoladlı yeməyin zövqünü yaşamaq üçün birinci ledinin şəhərdən çıxmasını gözləmək lazım olurmuş. Ronaldın sevimli yeməyi steyk, pendirli makaron və desrt üçün şokaladlı muss idi. “O, çox xoşbəxt adam idi” – şef aşpaz Mesnye xatırlayır.

Franklin Ruzvelt qızardılmış pendir, omlet, balıq supu, eləcə də meyvəli keks yeməyi sevirmiş. Ağ Evin aşpazı Henroetta Nesbittin sözlərinə görə, Ruzvelt qızardılmış, suyu axan yeməkləri də çox sevirmiş.

Kasss özü qidalanma siyasəti sahəsində məsləhətçi idi və o, Mişel Obamaya Ağ Evin yaxınlığında birinci böyük bağça qurmağa kömək edib. Amma eyni zamanda, Barak hakimiyyəti dönəmində mətbəxə də nəzarət edib. O, eyni zamanda, prezidentlə birinci ledinin yemək zövqünü balanslaşdırmalı, onların hər ikisini məmnun edən menyunu ortaya çıxarmalı idi. “Biz Ağ Evə ilk dəfə düşəndə gördük ki, hər tərəfdə piroq var. Buna görə də birinci ledi şirniyyatları ancaq istirahət günlərində icazə verdi”.


Fransanın eks-prezidentlərinin əcaib yemək zövqü

Fransa prezidentlərinin baş aşbazı olan Bernard Vossion Yelisey Sarayında başına gələnlərdən danışıb. 40 ildir fransız prezidentləri yedizdirən aşpaz “Le Parisien” qəzetinə onların yemək menülərindən danışıb. Vossion verdiyi açıqlamasında keçmiş prezident Fransua Mitteranın dəniz məhsullarını sevdiyini deyib: “Jak Şirak ilbiz və kələm turşusu sevirdi. Bunları da pivəsiz yeməzdi. Nikola Sarkozi isə pendiri menyudan çıxarmışdı, amma şokoladı sevirdi”.

Sarkozinin sevimli yeməkləri makaron və ənginar, qara trüfel olub. Sarkozi yeməklə çaxır içməyi xoşlayırmış. O, şimali koreyalı həmkarından fərqli olaraq pendiri heç sevməyib. Hakimiyyəti dönəmində Sarkozi Yelisey Sarayının yaxınlığında yerləşən Le Bristol adlı restoranda yemək yeyirmiş. Həmin vaxt onun sevimli yeməyinin qiyməti 82 avro olub. Amma Sarkozi Kim Çen İndən fərqli olaraq, pendirə nifrət edir.

Baş aşpaz sabiq prezident Fransua Ollandın xüsusi yemək menyusunun olmadığını deyib: “Heç bir yeməyi ayırmır. Toyuq, dana, göyərti, pendir və s. nə gəldi yeyir”.

Ən fərqli yemək zövqü olan Fransanın keçmiş prezidenti Fransua Mitterandır. O, delikatesə üstünlük verib, mətbəxində yeni dadların kəşfini tələb edirmiş.

Merkel yeməklərini özü bişirir – ancaq bazar günü

Rusiya prezidenti Vladimir Putinin yemək zövqü barədə məlumat bir qədər azdır. Bir dəfə özü müsahibəsində bildirmişdi ki, yemək məsələsində ciddi kaprizləri yoxdur. “Əgər ət və balıq arasında seçim varsa, balığa üstünlük verirəm. Ətlərdən isə qoyun ətini seçirəm. Şirniyyata qarşı, ümumiyyətlə, laqeydəm, təbii ki, dondurmanı nəzərə almasaq. Nə vaxtsa harasa səfər edirəmsə, böyük məmnuniyyətlə, yerli mətbəxin dadına baxıram. Çoxdan bəri yaşıl çaya öyrəşmişəm”. Bunu da o, özü müsahibəsində deyib.



2012-ci ildə Putin NTV jurnalistləri ilə səhər yeməyi yeyəndə məlum olmuşdu ki, Rusiya prezidenti səhərlər kəsmiklə bal yeyir, bildirçin yumurtası içir. Bundan başqa, Putin xüsusi reseptlə hazırlanmış kokteyl içir.

2010-cu ildə Kremlin baş aşpazı Anatoli Qalkin Putinin içkilərdən şərab və pivəyə üstünlük verdiyini deyib. Bundan başqa, Qalkin rəsmi tədbirlərdə təqdim edilən kokteylin reseptini də açıqlayıb. Onun tərkibində buz, limon suyu, sirop və 50 qram şampan olub. Aşpazın sözlərinə görə, belə içki “istini inanılmaz dərəcədə azaldır”.

Almaniya kansleri Angela Merkeldən danışanda isə yemək xüsusi olaraq dəyər qazanır. Çünki o, yemək zövqü barədə danışmağı çox sevir. Bundan başqa, boş vaxtlarında özü də yemək bişirir. Onun ən yaxşı bacardığı yeməklər arasında kartof şorbası, balıq yeməkləri və şnisel (kotletə oxşar xörək) yer alır. Milad bayramında isə kartof salatı hazırlayıb, qaz qızardır. Kanslerin sevimli məhsulları siyahısında kələmli donuz kolbasası da var. Merkelin şəxsi aşpazının sözlərinə görə, o, pendiri çox sevir və siyasətçilərin çoxu kimi çaxır içir.

Ağ Evin mətbəxində şef aşpaza 7 nəfər kulinar yardım edir. Müqayisə üçün deyək ki, Kremlin mətbəxində 20 kulinar çalışır. Şef aşpazdan başqa, qalanların hamısı rusdur. Kiçik Corc Buş qurman kimi tanınmasa da, hər zaman bifşteks və texas-meksikan mətbəxini tərcih edirdi. Obamanın həyat yoldaşı isə sağlam qidalanma prinsipinə önəm verir, Ağ Evin həyətində onun xüsusi bostanı var. Orada təzə tərəvəz və meyvələr yetişdirilib.

Dünyaca məşhur aşpaz Kristet Bernand deyib ki, ümumiyyətlə, prezidentlərlə işləmək çox çətindir. Bu, daimi stressdə olmaq və prezidenti bir qayda olaraq təəccübləndirmək öhdəliyi deməkdir: “Məsələn, Nikola Sarkozi hər zaman yeməklərin təqdim olunma formasına önəm verirdi. Masaya birinci nəyi təqdim etməyi özü tapşırırdı”.

Kanadanın baş nazirinin şef aşpazı isə işinin gerçək fanatıdır. Onun adı Timoti Vasilkodur. Əslən ukraynalıdır və təkcə işdə yox, evdə də yemək hazırlamağı sevir: “Bu, mənim ehtirasımdır. Mən evdə də öz sevimli ailəm üçün yemək hazırlayıram və bundan zövq alıram”.
Dmitri Medvedyevin fransız aşpazı Jerom Riqo isə iş xaricində yemək bişirməyi tərcih etmir.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 25 illik aşpazı Cüneyt Asan onun yemək seçimində kaprizli olmadığını deyir:

“Yemək seçimində heç kaprizi yoxdur. Onsuz da həkim nəzarəti ilə qidalanır. Sağlam olması üçün onun yeməklərinə diqqət edilməlidir. Bütün yeməkləri də həkim nəzarəti altında hazırlanır. Biz də onun yeməklərinə, menyusuna çox diqqət edirik. Amma əsasən, ət yeməyini sevir. Hələ baş nazir olduğu vaxtdan ətlə bağlı menyunu mən hazırlayıram. Onun özünün də çox zaman xüsusi sifarişləri olur. Əsasən bizim hazırladığımız sosiskaları çox sevir. Onun sevmədiyi yeməyi bilmirəm, amma ən çox antrikotu və quzu ətini sevir. Bu aralar özünü bir az narahat hiss edirdi. Lakin indi sağlamlığı yerindədir, heç bir problem yoxdur. Amma təbii ki, həkim nəzarəti altında pəhriz saxlayır. Hər şey yeyə bilməz. Ona görə də nə vaxt nə yeməyini həkimlər məsləhət görürlər”.

Elçibəyin aşpazı da danışıb

Hamıdan danışıb, milli aşpazlardan yan keçmək olmaz. “Bəyin yanında ilk işə başladığım gün mənə dedi ki, dəftər alıb qeydlərimi aparım. Mən də gedib qeyd dəftəri aldım. Amma hər günü yaza bilmirdim. Yadımdan çıxırdı. 1 ay keçmişdi. Bəy məndən soruşdu ki, yazırsanmı? Pis olmasın deyə dedim ki, hə. O deyirdi ki, vaxt gələcək həmin qeydlər lazımlı olacaq. İndi fikirləşirəm ki, davamlı qeydlər aparsaydım, indi bir kitab yazmaq olardı. Elçibəy bu dünyada ancaq iztirab çəkib. Onun yanında olan bir şəxs kimi mən bütün bunları görmüşəm”.

Bu sözləri Əbülfəz Elçibəyin prezidentliyi dövründə onun aşpazı olmuş Hənifi Mirzəyev illər öncə “Yeni Müsavat”a müsahibəsində deyib. O, müsahibəsində bildirib ki, Əbülfəz Elçibəyin aşpazı olmaq təklifi gözlənilməz olub:

“Mən kollecdə oxuyanda Bəygilə qonaq getmişdim. Onun xanımı mənim bibim qızıdır. Ata tərəfdən də qohumluğumuz var. Qonaq getdiyim gün evdən çıxanda Bəy xanıma dedi ki, uşağa cibxərci ver, əliboş qaytarma. O vaxta qədər bir neçə dəfə evində olmuşdum. Amma yemək zövqünü bilmirdim”.

Hənifi bəy öncə eks-prezidentin “qara siyahısındakı” yemək barədə bunları danışıb: “Bəy plovu heç sevməzdi. Ümumiyyətlə, az yeyən adam idi. Daha çox ağartı yeməklər, xəmir xörəkləri yeyərdi. Dolmaya çox meyilli idi. Meyvələrdən ən çox əriyi sevərdi. Çox vaxt soba yeməkləri hazırlayardım”.

Müsahibimiz danışır ki, Elçibəyi yemək məsələsində kaprizli adlandırmaq olmazdı. Hətta eks -prezident səhər yeməklərindən də imtina edirmiş: “Səhərlər ancaq 1 stəkan şirə, ya da çay içərdi. Günortalar iqamətgaha gələndə yeməyini administrasiyanın mətbəxində bişirib gətirərdim. O da nə olsa yeyərdi. Heç vaxt mənim bişirdiyimə ”bəyənmirəm” deyə etiraz etməzdi”.

banker.az Oxu24.com

ŞƏRHLƏR