Zaqatalaya güclü leysan və dolu yağıb - VİDEO
24 Oktyabr 2026, 01:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
347
14.06.2022, 23:16
İyunun əvvəllərində havanın temperaturu çoxillik normadan 1-3,5 dərəcə yüksək, iyunun 6-da isə 35 dərəcəyədək yüksələrək normadan 6,5 dərəcə çox olub. Müqayisə üçün ötən ilin iyun ayında 41 dərəcə isti qeydə alınıb.
OXU24.COM xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
"Bu il iyunun 1-də isə havanın temperaturu 17.1 dərəcə isti qeydə alınıb, lakin son onilliklərdə ən minimal temperatur 2008-ci il iyunun 5-də 13.1 dərəcə isti olub. İyun ayının ilk 14 günü ərzində ümumilikdə ölkə ərazisində 5 gün (18 dəfə) dolu müşahidə edilib", - U.Tağıyeva bildirib.
Xidmət rəisi qeyd edib ki, iyun ayının 10-da isə soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində yağıntılar leysan xarakterli intensiv olub, çaylarda sululuq artıb, Tovuz, Daşkəsən və Goranboy rayonları ərazisindəki çaylardan sel keçib. May ayı ilə müqayisədə güclü küləklər daha az olub. Cəmi 5 gün küləyin sürəti 20 m/s-ə çatıb.
"Lakin yay fəslində Bakıda əsən şimal küləyi həm havada olan rütubətin, həm də temperaturun kəskin yüksəlməsinin qarşısını alır. Bu baxımdan, həftənin sonunadək gözlənilən hava şəraitini nisbətən əlverişli saymaq olar. Xəzri küləyinin üstünlüyü havanın temperaturunun paytaxtda kölgədə 31-33 dərəcədən yüksək olmayacağını təmin edəcək", - U.Tağıyeva əlavə edib.
U.Tağıyevanın sözlərinə görə, Aran bölgəsində 36 dərəcəyədək isti gözlənilir. Yalnız bəzi şimal və qərb rayonlarında 23-27 dərəcə isti fonunda lokal yağış yağacağı ehtimalı var.
01:32 / 24 Oktyabr 2026
58
23:56 / 23 Oktyabr 2026
77
23:54 / 23 Oktyabr 2026
74
23:51 / 23 Oktyabr 2026
73
23:48 / 23 Oktyabr 2026
73
23:44 / 23 Oktyabr 2026
77
23:30 / 23 Oktyabr 2026
77
23:23 / 23 Oktyabr 2026
82
23:19 / 23 Oktyabr 2026
76
23:13 / 23 Oktyabr 2026
85
23:08 / 23 Oktyabr 2026
81
22:58 / 23 Oktyabr 2026
80
22:44 / 23 Oktyabr 2026
86
22:35 / 23 Oktyabr 2026
80
22:24 / 23 Oktyabr 2026
81
22:10 / 23 Oktyabr 2026
90
21:59 / 23 Oktyabr 2026
84
21:39 / 23 Oktyabr 2026
93
21:36 / 23 Oktyabr 2026
87
21:20 / 23 Oktyabr 2026
76
21:17 / 23 Oktyabr 2026
89
20:52 / 23 Oktyabr 2026
86
20:43 / 23 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.