Qaynar xətt:

(+99450) 247 90 86

Prezident sərəncam imzaladı - 3,9 milyon ayrıldı

Prezident sərəncam imzaladı - 3,9 milyon ayrıldı

CƏMİYYƏT

477

13.06.2022, 20:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev iyunun 13-də “Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu (7 km)–Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Oxu24.com  xəbər verir ki, Sərəncama əsasən, otuz səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 10 kilometr olan Neftçala–Xol Qaraqaşlı–Şorsulu (7 km)–Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon manat ayrılıb.

Bakıda erməniyə "işləyən" azyaşlı qız tutuldu: Görün nələr danışdı - ŞOK VİDEO