Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azər Rəcəbov həbs edildi

SON DƏQİQƏ! Azər Rəcəbov həbs edildi

CƏMİYYƏT

710

04.06.2022, 17:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

Oxu24.com  xəbər verir ki, əməliyyat nəticəsində Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov saxlanılıb.

O, korrupsiya cinayətlərində şübhəli bilinir. A.Rəcəbovla yanaşı daha bir neçə vəzifəli şəxsin də saxlandığı bildirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, A.Rəcəbov ötən ilin dekabrından Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışır.

A.Rəcəbovun saxlanılması barədə ilk xəbəri "Qafqazinfo.az" yayıb.

SON DƏQİQƏ! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vacib açıqlama yaydı