Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69717
az

Bakının dözümlülüyü və Qərbin barışdırıcılığa, vicdan alverinə meylliliyi haqqında

17:5522 May, 2022
234
CƏMİYYƏT
  • A

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın uzun onilliklər boyu davam etmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoymuş şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev ciddi məxfilik şəraitində keçən danışıqlar prosesinin pərdəsini bir qədər açmağa başladı. Dövlətimizin başçısı uzun illər boyu Bakı şiddətli təzyiqə məruz qalmasını etiraf etməsi Azərbaycan cəmiyyəti üçün (təkcə onun üçün deyil) bir yenilik oldu.

Minsk qrupunun həmsədrləri təcavüzkarı işğala son qoymağa və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyə inandırmaq əvəzinə təqsirkardan təcavüzün qurbanına istiqamətlənir, bizim liderimizi "yer üzündəki reallıqlarla barışmağa" yönləndirməyə çalışır, "münaqişənin hərbi yolla həllinin olmaması" barədə tezis irəli sürür və bununla da Ermənistanı bundan sonra da güzəştə getməməyə ruhlandırırdılar. Ciddi ərazi itkilərinə və hərbi xəritədə faktiki mövqelərin ölkəmiz üçün son dərəcə əlverişsiz olmasına baxmayaraq, İlham Əliyev onun ətrafında qurulan psixoloji baryerləri dəf etməyi, göstərilən təzyiqlərə davam gətirməyi və vasitəçilərin öz missiyasını Azərbaycan xalqının maraqları hesabına yüngülləşdirmək cəhdlərinə qətiyyətlə "yox" deməyi bacardı. Vətən müharibəsində Qələbə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Birinci Qarabağ müharibəsindən sonra yaranmış təhqiramiz və ədalətsiz status-kvonu legitimləşdirmək kimi biabırçı arzuları "sayəsində" deyil, bu arzuya "rəğmən" qazanıldı.

 

Prezidentin bu etirafı Azərbaycan cəmiyyətində beynəlxalq hüquqa riayət etmək əvəzinə özlərinin məhdud milli maraqlarının qayğısına qalan vasitəçilərin davranışından haqlı narazılığa səbəb oldu.

İndi məlum olur ki, sən demə, Fransa Prezidenti Emmanuel Makron özünün ukraynalı həmkarı Volodimir Zelenskini ölkənin suverenliyini və hətta ərazilərini qurban vermək hesabına sülhə nail olmağa istiqamətləndirirmiş.

"Müstəqil" adlandırılması çətin olan "New-York Times" nəşrinin redaksiya heyəti bu günlərdə dərc olunmuş məqaləsində yazır: "Ukraynanın Rusiya üzərində hərbi qələbəsi, Ukraynanın 2014-cü ildən bəri [Rusiya tərəfindən] işğal edilmiş bütün əraziləri özünə qaytarması real deyil". Qəzet elə oradaca qeyd edir: "Əgər münaqişə həqiqi danışıqlara gətirib çıxararsa, onda məhz Ukrayna liderləri ərazilər barədə ağrılı qərarlar qəbul etməli olacaqlar".

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni Avropanı buna çağırır ki, Kiyevi böhranın nizamlanması üçün Moskvanın şərtlərini qəbul etməyə inandırmaq lazımdır. O deyib: "Putini danışıqlar masası arxasında əyləşdirmək üçün Böyük Britaniyadan NATO-ya qədər hər tərəfdən eşitdiyim bəyanatlar vermək olmaz. Biz mümkün qədər tezliklə sülhə nail olmalıyıq, əks halda dağıntılar və qırğın davam edəcək. Avropa birləşməli və Kiyevi Rusiyanın tələblərini qəbul etməyə məcbur etməyə çalışaraq, Putinə və ukraynalılara sülh təklif etməlidir". Üstəlik, Berluskoni bəyan edib ki, "Ukraynaya silahlar göndərilməsi İtaliyanı bu münaqişənin iştirakçısı etmir".

Məgər bu, Qərbin təcavüzkarı dəstəkləmək və təcavüz qurbanını, onların Azərbaycan dövlətinin başçısına dedikləri kimi "reallıqlarla barışmağa" yönəltmək məqsədilə ona psixoloji təzyiq göstərilməsi üzrə koordinasiya edilmiş növbəti kampaniya deyilmi! Qərbin bu vicdan alveri fonunda İlham Əliyevin bu yaxınlarda Bakıda ukraynalı ekspertin sualına cavab verərkən bölüşdüyü işğal ilə barışmamaq məsləhəti necə də təzad təşkil edir!

 

Kollektiv Qərb 1938-ci, sonra 2008-ci və 2014-cü illərdə olduğu kimi yenə də münaqişə alovunu öz sərhədlərindən uzaqda söndürmək və onun daha geniş yayılmasına imkan verməmək naminə gah Çexoslovakiyanı, gah Gürcüstanı, gah da Ukraynanı "birləşdirməyə" hazırdır. Sonra isə həmişə ac vəhşi heyvanı doydurmaq ümidi ilə ona atılmış bir tikə ət hesab edilən Çexoslovakiya da, Gürcüstan da, Ukrayna da yanıb külə dönsün.

Prezident Zelenski, görünür təzyiqə davam gətirməyərək, artıq bəyan edir ki, Ukrayna Silahlı Qüvvələrinin fevralın 24-də mövcud olan sərhəd xəttinə çıxması Ukrayna üçün ... "qələbə" olacaq. Ukrayna liderinin psixoloji yorğunluğu hiss edilir. Lakin Azərbaycanda nəinki dövlət rəhbəri, ümumiyyətlə heç kəs 1994-cü ilin  may ayında atəşkəs haqqında saziş bağlanandan sonra hipotetik olaraq itirilmiş ərazilərin qaytarılmasını və Azərbaycan Silahlı Qüvvələrinin həmin tarixdəki sərhəd xəttinə çıxmasını "qələbə" adlandırmaz. Bu, ağlasığmaz olardı!

 

Bu gün Azərbaycan dözümlülük və güzəştsizlik dayağıdır! Qərb isə həm ikili standartların, həm də riyakarlığın mənbəyidir. Kiyevə Qərbin və Bakının hansı "məsləhətləri" verdiyini bütün dünya görür. Əlbəttə, nə etmək və hansı yolla getmək lazım olduğunu Ukrayna liderləri özləri qət etməlidir. Lakin bizim üçün ən çətin illərdə dövlətimizin rəhbərliyi tərəfindən nümayiş etdirilmiş Azərbaycanın qətiyyətli mövqeyi Azərbaycan silahının şanlı Qələbəsi və çoxdan gözlənilən ədalətin bərpası ilə mükafatlandırıldı.

Sayəsində deyil, rəğmən!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

G7 ölkələri də Rusiyanı bu üsulla "VURA BİLƏRLƏR"
COP:Bakıdan əvvəl və sonra — VİDEO
Nəfəsdən ağciyər xərçəngi aşkarlanacaq

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı