Prezidentin təltif etdiyi Xaliq Abdullazadə KİMDİR?
24 İyun 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
643
14.04.2022, 18:37
Bakıda 1978-ci il təvəllüdlü Zahir ailədaxili münaqişə zəminində arvadı Sevdanı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib. Regionxeberleri.com teleqraf.com-a istinadla xəbər verir ki, qəsdən adam öldürmə cinayətinə görə azadlıqdan məhrum edilmiş Zahirlə arvadı Sevdanın ondan ayrılıb Lətiflə faktiki ər-arvad münasibətlərində olması, 2017-ci il tarixdə azadlığa buraxıldığı vaxtdan 3 ildən artıq müddətdə övladları ilə birlikdə ondan ayrı yaşaması ilə bağlı münaqişəsi yaranıb.
Bu səbəbdən Zahir arvadını öldürmək qərarına gəlib. 8 iyul 2021-ci ildə səhər saat 7 radələrində bıçağı corabında gizlədib və Sevdanın kirayə yaşadığı ünvana yollanıb. Giriş qapının açıq olmasından istifadə edib, Sevdanın divanda, oğlu Elvinin isə döşəmədə yatdıqları otağa daxil olub. Özü ilə gətirdiyi bıçaqla Sevdaya yatdığı yerdə zərbələr vurub.
Sevda qışqıraraq kömək çağırıb. Onun səsinə oğlu Elvin yuxudan oyanıb. Anasının yerə yıxıldığını görüb və onun öldüyünü zənn edib, hadisə yerini tərk edib.
Lakin Sevda vaxtında tibbi müəssisəsinə çatdırılması, ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Zahirin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
“Arvadımı o kişi ilə yaşamaqdan yayındırmaq istədim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zahir özünü qismən təqsirli bilib. O bildirib ki, əvvəllər hərbi xidmətdən yayındığına, oğurluğa, sonuncu dəfə isə qəsdən adam öldürmə cinayəti törətdiyinə görə məhkum olub.
O qeyd edib ki, Sevda ilə 1998-ci ildən ailə kimi birlikdə yaşamağa başlayıb: “2010-cu ildə rəsmi nikaha daxil olduq, həmin nikahdan 4 övladımız var. Əvvəllər ailədaxili münasibətlərimiz normal idi. Lakin sonradan Sevdanın mənimlə birlikdə yaşamaq istəməməsi səbəbindən aramızda mübahisələrimiz başladı. Qəsdən adam öldürmə cinayəti törətməyə görə məhkum olunduğum və cəzaçəkmə müəssisəsində cəza çəkdiyim müddətdə Sevda mənə Lətif adlı şəxslə münasibəti olduğunu dedi. Lətifin narkotik maddə aludəçisi olduğunu eşitdim və Sevdanı övladlarımla həmin şəxslə birlikdə yaşamaqdan yayındırmağa çalışdım”
“Növbəti gün gələcəyini dedi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2017-ci ildə azadlığa çıxdıqdan sonra Mərdəkan qəsəbəsində kirayə ev tutaraq arvadı və oğulları ilə birlikdə yaşamağa başlayıb:
“Lakin 3 ay birlikdə yaşadıqdan sonra Sevda vaxtaşırı evdən qaçaraq getdiyindən onunla mübahisələrimiz başladı. Bir müddət sonra Sevda uşaqları da özü ilə götürərək yenidən evdən getdi. Dəfələrlə Sevdanın evə qayıdıb yenidən bir ailə kimi yaşamasını xahiş etsəm də, o bundan imtina etdi. Narkotik aludəçisi olmuş Lətif adlı şəxslə yaşamağa davam etdi.
Lətifin təxminən 2 il əvvəl narkotik vasitələrin istifadəsindən dünyasını dəyişdiyini öyrəndim. Hadisədən bir gün əvvəl təkrar Sevdanın yanına gəldim, ondan evə qayıtmasını xahiş etdim. Oğullarım yanımızda olduğundan Sevda növbəti gün gələcəyini dedi”.
“Uca səslə “rədd ol” qışqırdı”
Zahir qeyd edib ki, 8 iyul 2021-ci ildə, səhər saatlarında Sevdanın yaşadığı evə gəlib: “Həyətin və evin qapısı açıq olduğundan rahat evə daxil oldum. Sevda və kiçik oğlum Elvinin yatdıqlarını gördüm.
Sevdanın uzandığı divana yaxınlaşdım, özümlə gətirdiyim bıçağı çıxarıb qoluna toxundurdum, onu yuxudan oyatdım və söhbət etmək istədiyimi dedim. O, yuxudan oyanaraq mənim evdən getməyimi istədi. Sonra başqa otağa gedərək qayıtdı və birlikdə divanda əyləşdik.
Söhbət zamanı Sevda uca səslə “rədd ol” qışqırdı və təkrar evdən getməyimi tələb etdi. Bu sözlərdən əsəbləşdim, bıçaqla Sevdaya bir neçə dəfə vurdum. O, sağ qolunu qabağa verərək ayağa qalxdı və biçaq zərbələri əlinə dəydi”.
“Özümə xəsarət yetirdim, peşman deyiləm”
Zahir deyib ki, həmin vaxt Sevdanı öldürmək niyyəti olmayıb: “Sadəcə Sevdanın sözlərindən və danışıq tərzindən əsəbləşdiyimə görə bu hərəkəti etdim. Otaqda yatmış oğlum Sevdanın qışqırıq səsindən oyandı və mən oradan uzaqlaşdım. Bir müddət sonra polis əməkdaşları yaşadığım evə gəldi, tutulmamaqdan ötrü qaçmağa başladım. Hərəkətdə olduğum zaman cibimdəki ülgücü çıxarıb boğazımı bir neçə dəfə kəsdim”.
Zahirin sözlərinə görə, hazırda da rəsmi nikahda olduğu arvadı Sevda ilə dəfələrlə münasibətlərini düzəltməyə çalışsa da, ondan övladlarını götürərək evə qayıtmasını xahiş etsə də, Sevda bundan imtina edib. O, törətdiyi əməldən peşman olmadığını deyib.
“Pula görə boşanmadım”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sevda qeyd edib ki, Zahirlə 1995-ci ildən birlikdə yaşayıb: “Birgə nikahdan 1999-cu il təvəllüdlü qızım Nərmin, 2000-ci il təvəllüdlü qızım Səbinə, 2004-cü il təvəllüdlü oğlum Eldar və 2005-ci il təvəllüdlü oğlum Elvin anadan olublar.
Zahir dəfələrlə məhkum olunduğuna görə övladlarımı demək olar ki, təkbaşına böyütmüşəm. 2007-ci ildə o, qəsdən adam öldürmə cinayətinə görə azadlıqdan məhrum edildi.
Zahir cəza çəkdiyi zaman 2010-cu ildə Lətiflə qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başladım. Maddi sıxıntılarım olduğuna və boşanma prosesinin aparılması üçün pul tələb olunduğunu eşitdiyimə görə boşanmaq üçün heç bir yerə müraciət etmədim”.
“Övladlarıma atalıq edib”
Zərərçəkmiş şəxsin sözlərinə görə, 2017-ci ildə əri həbsdən çıxdıqda onunla əlaqə saxlayaraq barışmaq, birlikdə yaşamaq istədiyini deyib: “Zahirin Mərdəkan qəsəbəsində kirayə yaşadığı evdə övladlarımla birlikdə yaşamağa başladıq. Ancaq kobud davranışına görə ondan ayrılmaq istəmədim. Həmin evdən köçərək, yenidən Lətiflə yaşamağa başladım. Uşaqlarımın xətrinə Zahirlə də normal münasibət saxlamağa çalışdım.
Lətif narkotik aludəçisi olduğuna baxmayaraq, Zahirlə olan birgə nikahdan dünyaya gələn övladlarıma atalıq edib, mənə qarşı həmişə yaxşı davranıb”.
Sevdanın sözlərinə görə, 2020-ci ildə Lətif yanğın nəticəsində dünyasını dəyişib: “Bundan sonra ailəmi dolandırmaqdan ötrü müxtəlif kafelərdə qabyuyan işlədim. Həmin vaxtlarda Zahir dəfələrlə qarşıma bıçaqla çıxaraq evə qayıdıb, onunla birlikdə yaşamağımı təkid edib, əks halda məni öldürəcəyi ilə hədələyib”.
“Ərimi bağışlamıram”
Sevda qeyd edib ki, 7 iyul 2021-ci ildə səhər 9.00-da yuxudan oyanaraq işə gedib və axşam təxminən 23.00-da evə qayıdıb: “Həmin gün oğlum Eldar dostugildə qaldığından digər oğlum Elvinlə evdə olmuşuq. Gecələr pis yatdığımdan səhər saat 7.00-da yuxuya getdim. Oğlum isə divanın baş tərəfində yerdə döşəyin üstündə yatdı. Səhər saat 8.00-da yuxuda olarkən yaxınlıqda kölgə kimi nəyinsə tərpəndiyini hiss etdim. Gözlərimi açdıqda Zahirin əlində bıçaqla mənə doğru zərbə atdığını gördüm.
Ürək nahiyəmə doğru atdığı bıçaq zərbəsinin qarşısını almaq üçün sol qolumu qabağa verdim. Divanda uzanan vaxtı mənə iki zərbə vurmuşdu.
Zahirin üzərimdən itələdim, ona müqavimət göstərdim. Yatdığım divanın qarşısında stol olduğundan Zahir mənə uzanıqlı vəziyyətdə rahat zərbə endirə bilmədi. Əllərimi qabağa verərək zərbələrdən yayınmağa cəhd göstərdim. Ayağa qalxdıqda artıq qolumdan qan gəldiyindən, ona müqavimət göstərmək imkanını itirdim. Zahir mənə qarnımdan bıçaqla xəsarət yetirdi.
Dərhal qonşularımı və oğlumu çağırdım. Oğlum yuxudan oyananda və səs-küy düşdükdə Zahir əlində bıçaqla evdən qaçdı. Səsə gələn qonşular dərhal təcili tibbi yardım çağırdılar və həkimlərin etdiyi müdaxilə nəticəsində sağ qaldım”.
Sevda qeyd edib ki, Zahir həmin vaxtı onun öldüyünü zənn edərək evi tərk edib. O, ərini törətdiyi əmələ görə bağışlamadığını deyib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Zahir 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
01:10 / 24 İyun 2026
44
00:59 / 24 İyun 2026
49
00:32 / 24 İyun 2026
295
00:05 / 24 İyun 2026
122
23:43 / 23 İyun 2026
1090
23:38 / 23 İyun 2026
76
23:27 / 23 İyun 2026
227
23:17 / 23 İyun 2026
182
22:53 / 23 İyun 2026
351
22:29 / 23 İyun 2026
89
22:20 / 23 İyun 2026
96
22:08 / 23 İyun 2026
90
21:57 / 23 İyun 2026
80
21:41 / 23 İyun 2026
94
21:34 / 23 İyun 2026
90
21:18 / 23 İyun 2026
97
20:06 / 23 İyun 2026
330
20:05 / 23 İyun 2026
92
20:02 / 23 İyun 2026
101
19:52 / 23 İyun 2026
121
19:34 / 23 İyun 2026
109
19:30 / 23 İyun 2026
93
19:27 / 23 İyun 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.