Elektromobil alanlar peşman olur? — Maşın ustası CAVABLANDIRDI
09 Noyabr 2026, 18:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
368
17.11.2021, 18:48
"Yəqin ki, Turanəni tanıdınız. Həyat yoldaşı tərəfindən aldadılan, alçaldılan, qüruru ayaqlar altına atılan qadındır. Evdar xanım olub, iki uşaq dünyaya gətirib və günlərin bir günü əri başqasına aşiq olub. Bu qadına görə nə təkliflər aldım, amma o pulları qəbul etmədim. Edə bilməzdim. Namuslu, abırlı bir Azərbaycan qadınını nəyəsə, kiməsə qurban edə bilməzdim".
Oxu24.com olay-a istinadən xəbər verir ki, bu sözləri instaqramda aparıcı Xoşqədəm Hidayətqızı bir zamanlar verilişinin qəhrəmanı olan, övladlarının qəyyumluğu üçün proqrama çıxan Turanə adlı qadının fotosunu paylaşaraq yazıb. O bildirib ki, ilk vaxtlar onun sözlərinə inanmayıb:
"Bir gənc qızın özündən 28 yaş böyük, atası yaşda evli bir kişi ilə eşq yaşaması mənə görə mümkünsüzdür. Bu fikirləri efirdə belə səsləndirmişəm: "Bu gözəllikdə gənc qız yaşlı, evli kişi ilə eşq yaşayacağına inanmıram". Buna görə məhkəməyə belə verildim. Sən demə, bu dediklərim "təhqir" imiş. Amma, Turanəni yalnız buraxmadım. O, nə qohumumdu, nə də ki bacım. Sadəcə namuslu, abırlı bir azərbaycanlı xanımdır. Heç kimsə də puluna güvənməsin! Nə Turanənin nə də mənim, Fikrət kimi hakim dayımız (red. - müğənni Aysel Əlizadənin dayısı), nə də haradasa köməkçi olan vəkilimiz, "bu məsələni bağlayın" deyib böyük pullar təklif edəcək "sponsorumuz" var. Ekspertizanın rəyinə təsir edecək "day-day"lar bilməlidir ki, bir gün Turanənin başına gələnlər onların evindəki qadınların başına gələ bilər. Əziz qadınlarımız, biz namuslu, abırlı bir Azərbaycan xanımını tək qoymamalıyıq! Məni qorumağı da unutmayın, yəqin bu qadını müdafiə etdiyim ücün qarayaxma kampanyası başlayar. Puldan imtina etdim".
Qeyd edək ki, Turanə "Səni axtarıram" verilişində "Yetim" ləqəbli həyat yoldaşının ona müğənni Aysel Əlizadə ilə xəyanət etdiyini iddia etmişdi. A.Əlizadə isə X.Hidayətqızını məhkəməyə vermişdi.
18:02 / 09 Noyabr 2026
3
17:57 / 09 Noyabr 2026
36
17:55 / 09 Noyabr 2026
51
17:38 / 09 Noyabr 2026
124
17:36 / 09 Noyabr 2026
80
17:22 / 09 Noyabr 2026
133
17:14 / 09 Noyabr 2026
91
16:56 / 09 Noyabr 2026
613
16:53 / 09 Noyabr 2026
383
16:43 / 09 Noyabr 2026
189
16:37 / 09 Noyabr 2026
156
16:32 / 09 Noyabr 2026
109
16:28 / 09 Noyabr 2026
95
16:25 / 09 Noyabr 2026
291
16:23 / 09 Noyabr 2026
142
16:19 / 09 Noyabr 2026
147
16:06 / 09 Noyabr 2026
622
15:54 / 09 Noyabr 2026
1218
15:49 / 09 Noyabr 2026
103
15:47 / 09 Noyabr 2026
264
15:45 / 09 Noyabr 2026
386
15:40 / 09 Noyabr 2026
3195
15:34 / 09 Noyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.