Qaynar xətt:

(+99450) 247 90 86

Şad xəbər: Azərbaycanda bu şəxslərə 3 qat maaş veriləcək

Şad xəbər: Azərbaycanda bu şəxslərə 3 qat maaş veriləcək

CƏMİYYƏT

1376

17.11.2021, 13:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
“Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanıb. Bu layihə Silahlı Qüvvələrin bütün növlərinə aiddir”.
Oxu24.com-un xəbərinə görə, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. “Qanun layihəsində nəzərdə tutulur ki, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır. Hərbçilərin ildə bir dəfə müalicə alması bu qanunda da əksini tapıb. Bundan əlavə, döyüşlərdə iştirak edən hərbi qulluqçulara 2-3 qat artıq maaş verilməsi nəzərdə tutulub və bu, layihədə əksini tapıb. Maliyyə naziri dedi ki, bu qanunun maliyyə mənbəyi yüksəkdir”, - o vurğulayıb.