Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61298
az

Azərbaycan şəhid sayını açıqladı -Adlar

11:2217 Noyabr, 2021
486
CƏMİYYƏT
  • A
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Şəhid olan hərbçilərin siyahısı: - leytenant Niftəliyev Ümüd Oruc oğlu; - gizir Cabbarov Orxan Hətəm oğlu; - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu; - əsgər Ağayev Elçin Mərifət oğlu; - əsgər Əlizadə Elmin Samir oğlu; - əsgər Əliyev Elçin Ramil oğlu; - əsgər Xəlilov Murad Qalib oğlu. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət etsin! "Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb. Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir. Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirlikdən bildirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alimlərdən plastik qablarla bağlı XƏBƏRDARLIQ
Ölümcül virusla mübarizədə yeni üsul tapıldı
Hava kəskin dəyişir- Xəbərdarlıq

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü