Elektromobil alanlar peşman olur? — Maşın ustası CAVABLANDIRDI
09 Noyabr 2026, 18:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
753
17.11.2021, 09:11
"Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə etdi: Moskvanın döyüşlərə müdaxilə edəcəyi gözlənilən idi, lakin proseslərin inkişafında diqqət çəkən məqamlar var: Avropa İttifaqı (Aİ) atəşkəs çağırışı üçün Rusiyadan daha tez hərəkətə keçdi; Rusiya bir qədər gözləmə mövqeyində qaldı; Putin ənənəsinə xilaf çıxaraq, Əliyev və Paşinyana atəşkəs üçün zəng etmədi".
Bunu Ölkə.Az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi insidentlə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Şarl Mişelin zəngi Aİ-nin sərhəd məsələsində Azərbaycan və Ermənistana əvvəlki vasitəçilik təklifindən qaynaqlanırdı və Brüssel baş verənləri bu təklifi gündəmə gətirmək üçün fürsət bildi: "Mişel İrəvan və Bakıya zəng edəndə Moskva “tərəflər arasında vasitəçi ola bilərik” açıqlamasını verdi. Və belə görünürdü ki, Rusiya Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun adekvat addımlarından, belə demək mümkünsə, Paşinyanı “ağıllandırmasından” məmnun idi. Moskva İrəvanın yardım çağırışlarından sonra dövriyyəyə girdi. İstisna deyil ki, Ermənistan atəşkəsin əldə edilməsi qarşılığında sərhəd və kommunikasiyanın müzakirə ediləcəyi danışıqlara gəlməyə razılaşıb;
Ekspert Zakir Həsənovun Şoyqu ilə telefon söhbətinin ardınca Hulusi Akarla sərhəddəki vəziyyəti müzakirə etməsinə diqqət çəkib: "Bu, nəticə qaneedici olsa belə Bakının Moskvaya “Türkiyə yanımızdadır” mesajını çatdırmağa hesablanmış ola bilər və Akar bu mesajı verdi.
Atəşkəsin bağlanmasından sonra Paşinyan Putinlə danışdı: İrəvanın təşəbbüsü ilə baş tutan telefon görüşündə sərhədlə yanaşı, Moskvanın qurmaq istədiyi, Nikolun əvvəlcə imtina etdiyi üçtərəfli masanın da müzakirə edildiyi istisna deyil. Və diqqətçəkən məqam odur ki, Bakı-Moskva xəttində telefon müzakirəsi olmadı. Bu, Bakı və Moskvanın gündəliyinin eyni olduğu fikrini önə çıxarır".
A.Nərimanlı döyüşlərin nəticəsi haqda bunları deyib: "Ermənistan tərəfinin çoxsaylı itkiləri var: rəsmi məlumata görə, təkcə əsirlərin sayı 12-dir. Azərbaycan Ordusu sərhəddə vəziyyətə nəzarət edir və geri çəkilməyib. Paşinyanın açıqlaması da bunu təsdiqləyir. Ermənistan sərhədin delimitasiyasına hazır olduğunu bəyan etdi. Paşinyan da Putinlə telefon söhbətindən sonra bildirdi ki, “Ermənistan üçtərəfli bəyanatlara sadiqdir”.
Ekspert burada iki məqamın da diqqət çəkdiyini bildirib: "Atəşkəs olsa da, Paşinyan “ümumi vəziyyətin son dərəcə gərgin olaraq qaldığını” deyir. Atəşkəsin əldə edilməsi haqda Ermənistan və Rusiya tərəfindən fərqli olaraq, Azərbaycan rəsmi məkumat yaymayıb. Həsənovun Şoyqu ilə danışıqdan sonra Hulusi Akarla müzakirə aparması və Akarın “Türkiyə Azərbaycanın yanındadır” açıqlamasına bu kontekstdə də baxa bilərik. Və bu, əldə olunan atəşkəsin kövrək olduğu deməkdir. Mümkündür ki, Bakının atəşkəsin əldə olunması üçün şərtləri var və bu şərtlərin yerinə yetirilməsini gözləyir. Hər şey Ermənistanın davranışından asılı olacaq..."
18:14 / 09 Noyabr 2026
1
18:02 / 09 Noyabr 2026
105
17:57 / 09 Noyabr 2026
59
17:56 / 09 Noyabr 2026
24
17:55 / 09 Noyabr 2026
77
17:38 / 09 Noyabr 2026
153
17:36 / 09 Noyabr 2026
91
17:22 / 09 Noyabr 2026
149
17:14 / 09 Noyabr 2026
95
16:56 / 09 Noyabr 2026
702
16:53 / 09 Noyabr 2026
444
16:43 / 09 Noyabr 2026
202
16:37 / 09 Noyabr 2026
164
16:32 / 09 Noyabr 2026
115
16:28 / 09 Noyabr 2026
98
16:25 / 09 Noyabr 2026
319
16:23 / 09 Noyabr 2026
148
16:19 / 09 Noyabr 2026
150
16:06 / 09 Noyabr 2026
760
15:54 / 09 Noyabr 2026
1370
15:49 / 09 Noyabr 2026
105
15:47 / 09 Noyabr 2026
274
15:45 / 09 Noyabr 2026
404
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.