Bakıda mühüm dəyişiklik OLACAQ: Ekspert AÇIQLADI
11 Noyabr 2026, 13:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1300
02.08.2021, 00:59
İnsan bədəninin çox hissəsi maye, sudan ibarətdir. Bütün hüceyrələr su tərkiblidir. Su isə informasiyanı özündə hopdurur. Deməli insan bədəni, orqanizmi bir kuzə kimi ətraf enerjilərlə dolur boşalır. Kimin hansı enerji ilə dolması isə yaşadığı mühitdən asılıdır. Bədənə neqativ enerji yığılmasının ən sadə səbəblərindən biri neqativ insanlarla daha çox vaxt keçirməyiniz ola bilər. Eləcə də qorxular, həyəcan, narahatlıq, nigarançılıq, yaşadığınız yerin neqativ olması da digər səbəblərdir.
1. Yuxuya gedə bilmirsiz, yataqda çevrilib qalırsız. Pis fikirlər yuxuya getməyə qoymur. Gözlərinizi bağlayanda qorxursuz, səksənirsiz. Yuxudan qəfil oyanırsız, bu zaman sanki təşviş keçirirsiz.
2. Həddən artıq emosional danışırsız, bir şey baş verən kimi ağır keçir ikinci plana. Özünüzü unudursuz. Emosiyalar sizi nəzarətə alır.
3. Başqa yerə getməyə qorxursuz, komfort zonasını tərk etmirsiz. Məsələn, başqa işə, başqa yerə, evdən uzağa. İstirahətə getmirsiz. Yeni yerlər, yeni adamlardan qorxursuz. Olduğunuz yerə bağlanmısız. Hətta otağınızdan belə çıxmaq istəmirsiz
4. Daim özünüzə və yaxınlarınıza, olmayacaq şeylərə görə həyəcan keçirirsiz. Bİr dəqiqə rahatlığınız yoxdur. Bu da bütün bədəni gərginləşdirir.
5. Özünüzü başqalarından əskik görürsüz. Öz çatışmazlıqlarınızda diqqətinizi cəmləmisiz. Özünüzü qınayırsız. Hamı idealdır, bir sizdən başqa
6. Bütün günü gücünüz tükənmiş, sıxılmış limon kimi hiss edirsiz. Nadir halda özünüzü şən, rahat, enerji dolu hiss edərsiz. Neqativ enerji artıq sağlamlığınıza təsir edir.
7. Tez-tez başınız, gözləriniz ağrıyır. Neqativ enerjinin təsirini hiss edən kimi qəfildən səbəbsiz başınız ağrıyır
8. Qarnınızda qəribə ağrı, sancı, ağırlıq var. Neqativ enerji həmişə özünü qarında naməlum ağrılarla göstərir. Çünki stress mədə-bağırsaqda gərginlik yaradır.
9. Tənəffüsünüz ağırdır, sanki dərindən nəfəs ala bilmirsiz, döş qəfəsiniz sıxılır. Dərd, stress ağciyərlərdə də toplanır. Yalnız neqativ enerjini pozitivə dəyişdikcə bu ağırlıq gedəcək. Dərindən nəfəs alanda sanki hər yeriniz ağrıyır
10. Həkimlərin belə diaqnozunu tapmadığı, bədəndə səbəbsiz, gəzəyən ağrılardan əziyyət çəkirsiz. Xroniki stress əzələləri yığır, damarlarda spazm yaradır, bədəndə qan dövranı pozulur, bu da bədənin müxtəlif yerlədində ağrılara səbəb olur
Siz bu vəziyyətdən çıxmaq üçün mütləq öz üzərinizdə işləməli, psixoterapevt, psixoloq yardımı almalı, emosiyalarınızı dəyişməli, bədəni müsbət enerji ilə doldurmağın yollarını tapmalısız.
14:13 / 11 Noyabr 2026
1
13:58 / 11 Noyabr 2026
65
13:54 / 11 Noyabr 2026
251
13:48 / 11 Noyabr 2026
79
13:44 / 11 Noyabr 2026
120
13:41 / 11 Noyabr 2026
70
13:33 / 11 Noyabr 2026
180
13:27 / 11 Noyabr 2026
107
13:19 / 11 Noyabr 2026
77
13:13 / 11 Noyabr 2026
85
12:57 / 11 Noyabr 2026
138
12:54 / 11 Noyabr 2026
138
12:48 / 11 Noyabr 2026
105
12:44 / 11 Noyabr 2026
158
12:35 / 11 Noyabr 2026
256
12:32 / 11 Noyabr 2026
113
12:29 / 11 Noyabr 2026
95
12:24 / 11 Noyabr 2026
723
12:19 / 11 Noyabr 2026
537
12:15 / 11 Noyabr 2026
113
12:09 / 11 Noyabr 2026
103
11:57 / 11 Noyabr 2026
759
11:50 / 11 Noyabr 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.