Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ!Benzin bahalaşdı

SON DƏQİQƏ!Benzin bahalaşdı

CƏMİYYƏT

4751

31.07.2021, 10:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda bu gündən etibarən benzinin qiymətinə dəyişiklik edilib.
 

Oxu24.com-un məlumatına görə, "SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.az-a açıqlamasında bildirib ki, səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində "Aİ-95” premium markalı benzinin 1,45 AZN-dən satışına başlanılıb.  

O əlavə edib ki, qiymət artımının əsas səbəbi məhsulun idxal dəyərinin də artmasıdır: "Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmur. Onu xaricdən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin də 5 qəpik artmasına səbəb olub”. 

Qeyd edək ki, sonuncu dəfə "Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1 manat 40 qəpik olmuşdu.