Bakıda mühüm dəyişiklik OLACAQ: Ekspert AÇIQLADI
11 Noyabr 2026, 13:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
851
30.07.2021, 18:10
Sumqayıtda məişət tullantılarının yandırılması nəticəsində şəhəri bürüyən üfunət qoxusu sosial şəbəkədə sakinlər tərəfindən narazılıqla qarşılanıb.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, “İstehsalat və məişət tullantıları haqqında” Qanuna və digər normativ-hüquqi aktlara uyğun olaraq tullantıların idarə edilməsinə, poliqonların idarəçiliyinə yerli idarəetmə orqanları, onların mənzil-kommunal idarələri cavabdeh və məsuldurlar:
"Nazirlik yalnız nəzarət funksiyasını yerinə yetirir. Aparılan nəzarət və inzibati tədbirlərlə yanaşı, dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Mənzil-Kommunal idarəsinə tərəfimizdən müraciətlər olunub.
Ötən il Sumqayıt şəhər məişət tullantıları poliqonunda tullantıların düzgün idarə olunmamasına görə “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib".
H.Əlizadə qeyd edib ki, 2021-ci ilin 7 ayı ərzində isə “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC barəsində 5 akt, 2 inzibati protokol tərtib edilib və qərar çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunub:
"Təəssüf ki, inzibati cəza tədbirləri ilə vəziyyət dəyişmir, sonsuzadək cərimə edilməsi də çarə deyil. Odur ki, yerli idarəetmə orqanları tərəfindən bu sahədə köklü dəyişikliklərin edilməsinə zərurət var".
Bu barədə Lent.az-a açıqlama verən Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, hazırda Sumqayıt şəhərində məişət tullantılarının toplandığı ərazidə yanğın hallarının olmaması üçün torpaqlama və digər qabaqlayıcı tədbirlər görülür:
"Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması və yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı ilkin layihələndirmə işləri həyata keçirilib və müvafiq dövlət qurumlarına təqdim olunub. Bu istiqamətdə işlər davam etdirilir".
14:36 / 11 Noyabr 2026
1
14:26 / 11 Noyabr 2026
36
14:13 / 11 Noyabr 2026
156
13:58 / 11 Noyabr 2026
118
13:54 / 11 Noyabr 2026
388
13:48 / 11 Noyabr 2026
111
13:44 / 11 Noyabr 2026
145
13:41 / 11 Noyabr 2026
83
13:33 / 11 Noyabr 2026
210
13:27 / 11 Noyabr 2026
127
13:19 / 11 Noyabr 2026
85
13:13 / 11 Noyabr 2026
93
12:57 / 11 Noyabr 2026
147
12:54 / 11 Noyabr 2026
151
12:48 / 11 Noyabr 2026
114
12:44 / 11 Noyabr 2026
169
12:35 / 11 Noyabr 2026
290
12:32 / 11 Noyabr 2026
119
12:29 / 11 Noyabr 2026
100
12:24 / 11 Noyabr 2026
809
12:19 / 11 Noyabr 2026
586
12:15 / 11 Noyabr 2026
117
12:09 / 11 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.