Bakıda mühüm dəyişiklik OLACAQ: Ekspert AÇIQLADI
11 Noyabr 2026, 13:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1295
30.07.2021, 09:58
Bakı şəhərində 2 gün ərzində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların tam aradan qaldırılması və genişmiqyaslı təmizlik işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iyulun 31-də şəhərin bütün rayonlarında geniş daxili iməclik keçirilməsi qərara alınıb.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, daxili iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcək.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini bu təmizlik işlərində fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-səhman yaradılmasında iştirak etməyə dəvət edir.
Oxu24.com
14:36 / 11 Noyabr 2026
1
14:26 / 11 Noyabr 2026
36
14:13 / 11 Noyabr 2026
156
13:58 / 11 Noyabr 2026
118
13:54 / 11 Noyabr 2026
388
13:48 / 11 Noyabr 2026
111
13:44 / 11 Noyabr 2026
145
13:41 / 11 Noyabr 2026
83
13:33 / 11 Noyabr 2026
210
13:27 / 11 Noyabr 2026
127
13:19 / 11 Noyabr 2026
85
13:13 / 11 Noyabr 2026
93
12:57 / 11 Noyabr 2026
147
12:54 / 11 Noyabr 2026
151
12:48 / 11 Noyabr 2026
114
12:44 / 11 Noyabr 2026
169
12:35 / 11 Noyabr 2026
290
12:32 / 11 Noyabr 2026
119
12:29 / 11 Noyabr 2026
100
12:24 / 11 Noyabr 2026
809
12:19 / 11 Noyabr 2026
586
12:15 / 11 Noyabr 2026
117
12:09 / 11 Noyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.