Qırmızıbazar kəndində traktor minaya düşüb, bir nəfər xəsarət alıb
11 Noyabr 2026, 14:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
932
26.07.2021, 19:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.
Bu barədə OXU24.COM-a Agentlikdən məlumat verilib.
Məlumatda deyilir ki, bu gün axşam saatlarından başlayaraq Xəzər dəniz akvatoriyasında Şimal-Qərb, Şimal küləyi 13-18, arabir 20-23 m/s, sonrakı inkişafda isə 25-30 m/s-dək güclənəcək. Dalğanın hündürlüyünün 3.0-5.5 metrə çatacağı proqnozlaşdırılır. İyulun 27-si axşamdan 29-na kimi isə Şimal-Qərb küləyinin 19-24, arabir 28-33, açıq dənizdə 35 m/s kimi güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-4.0, sonrakı inkişafda 5.0-7.0 metrə çatacağı proqnozlaşdırılır.
Bu gün hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.
Bununla yanaşı, hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin olunur. Milli Mərkəzin təcrübəli kapitanları tərəfindən gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra da onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz olaraq nəzarətdə saxlanılır.
Hava şəraitinə uyğun olaraq Milli Mərkəz gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görür.
Bu gün, həmçinin dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb. Sahilboyu ərazilərdə naviqasiya və rabitə stansiyaları tam gücü ilə çalışır.
Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi nəzarət etdiyi ərazidə mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft Şirkəti və BP şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçiril
15:13 / 11 Noyabr 2026
12
15:07 / 11 Noyabr 2026
47
14:51 / 11 Noyabr 2026
81
14:43 / 11 Noyabr 2026
97
14:39 / 11 Noyabr 2026
83
14:36 / 11 Noyabr 2026
75
14:26 / 11 Noyabr 2026
192
14:13 / 11 Noyabr 2026
484
13:58 / 11 Noyabr 2026
226
13:54 / 11 Noyabr 2026
489
13:48 / 11 Noyabr 2026
130
13:44 / 11 Noyabr 2026
181
13:41 / 11 Noyabr 2026
101
13:33 / 11 Noyabr 2026
242
13:27 / 11 Noyabr 2026
160
13:19 / 11 Noyabr 2026
99
13:13 / 11 Noyabr 2026
105
12:57 / 11 Noyabr 2026
168
12:54 / 11 Noyabr 2026
170
12:48 / 11 Noyabr 2026
128
12:44 / 11 Noyabr 2026
197
12:35 / 11 Noyabr 2026
318
12:32 / 11 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.