Qırmızıbazar kəndində traktor minaya düşüb, bir nəfər xəsarət alıb
11 Noyabr 2026, 14:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1577
25.07.2021, 23:35
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Osmanov Nizam Ramazan oğlu Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin olunub.
OXU24.COM məlumatına görə, general Osmanov 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub.
1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib. 1992-ci ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.
1992-2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib.
2002-2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib.
2014-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə "Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda” medalı, "İgidliyə görə” medalı, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, "Qarabağ” ordeni ilə təltif olunub. Bundan başqa, N.Osmanov Laçının və Kəlbəcərin azad olunmasına görə medalları ilə də təltif olunub.
Ailəlidir, iki övladı var.
15:13 / 11 Noyabr 2026
12
15:07 / 11 Noyabr 2026
47
14:51 / 11 Noyabr 2026
81
14:43 / 11 Noyabr 2026
97
14:39 / 11 Noyabr 2026
83
14:36 / 11 Noyabr 2026
75
14:26 / 11 Noyabr 2026
192
14:13 / 11 Noyabr 2026
484
13:58 / 11 Noyabr 2026
226
13:54 / 11 Noyabr 2026
489
13:48 / 11 Noyabr 2026
130
13:44 / 11 Noyabr 2026
181
13:41 / 11 Noyabr 2026
101
13:33 / 11 Noyabr 2026
242
13:27 / 11 Noyabr 2026
160
13:19 / 11 Noyabr 2026
99
13:13 / 11 Noyabr 2026
105
12:57 / 11 Noyabr 2026
168
12:54 / 11 Noyabr 2026
170
12:48 / 11 Noyabr 2026
128
12:44 / 11 Noyabr 2026
197
12:35 / 11 Noyabr 2026
318
12:32 / 11 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.