Qaynar xətt:

(+99450) 247 90 86

Koronavirus qatili tapıldı: 2-ci doza mRNA vaksini

Koronavirus qatili tapıldı: 2-ci doza mRNA vaksini

CƏMİYYƏT

1631

25.07.2021, 21:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mütəxəssislərin apardıqları araşdırmaya görə 2-ci doza vaksinin immun hüceyrələrinə təsir edərək, antitellərin sayını artırır.

OXU24.COM medicina.az-a istinadən bildirir ki, koronavirusa qarşı antitellərin yaranmasını araşdıran "Stanford Universiteti"nin mütəxəssisləri vaksinasiya olunmuş könüllülər üzərində çalışma aparıb.

Nəticədə məlum olub ki, normalda hərəkətsiz olan bir qrup immun hüceyrə ikinci doza vaksin sayəsində hərəkətə keçib.

Mütəxəssis Bali Pulendran ikinci dozadan sonra immunitet sistemində yer alan və virusa qarşı mübarizə aparan B və T hüceyrələrinin sayının xeyli artdığını bildirib. O qeyd edib ki, bu hüceyrələr sadəcə vaksindən bir gün sonra ortaya çıxıb.

Hüceyrələr sadəcə SARS-CoV-2-ə qarşı deyil, digər viruslara qarşı da təsirlidir.