Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
11 Noyabr 2026, 20:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5728
06.07.2021, 09:50
Dünya şöhrətli azərbaycanlı alim, arxeoloq Rauf Munçayev vəfat edib.
Bu barədə Oxu24.com-a AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, R.Munçayev Rusiyanın paytaxtı Moskvada 93 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Rauf Maqomedoviç Munçayev 1928-ci il sentyabrın 23-də Zaqatalada anadan olub. O, 1945-49-cu illərdə Dağıstan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində, 1949-1953-cü illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət İnstitutunun (indiki Arxeologiya İnstitutu) aspiranturasında arxeologiya ixtisası üzrə təhsil alıb. 1953-cü ildə tarix elmləri namizədi, 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
Ötən əsrin 60-cı illərində R.Munçayev ardıcıl olaraq Əfqanıstan, Bolqarıstan, Hindistan və Monqolustanda arxeoloji qazıntılarda iştirak edib. O, 1969-cu ildən 2010-cu ilədək qədim Mesopotamiya abidələrini tədqiq edən ilk Sovet-Rusiya arxeoloji ekspedisiyasının rəhbəri olub. Bu ekspedisiya 1985-ci ilə qədər İraqda, 1988-2010-cu illərdə isə Suriyada e.ə. VIII-III minilliklərə aid abidələrdə arxeoloji qazıntılar aparıb.
R.Munçayev 20 ildən artıq bir müddətdə (1968-1991) SSRİ kimi nəhəng bir ölkənin Elmlər Akademiyasının Arxeologiya İnstitutu direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışıb. 1991-1994-cü illərdə artıq Rusiya EA-nın Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra edib, 1994-2003-cü illərdə isə həmin institutun direktoru vəzifəsində işləyib.
Dünya şöhrətli arxeoloq R.Munçayev gərgin və məhsuldar elmi fəaliyyətinə görə Rusiya Federasiyasının bir sıra mükafatlarına layiq görülüb.
Allah rəhmət eləsin!

Günün təklif olunan videosu
20:28 / 11 Noyabr 2026
18
20:22 / 11 Noyabr 2026
56
20:19 / 11 Noyabr 2026
42
20:08 / 11 Noyabr 2026
52
19:57 / 11 Noyabr 2026
224
19:49 / 11 Noyabr 2026
77
19:43 / 11 Noyabr 2026
69
19:33 / 11 Noyabr 2026
91
19:19 / 11 Noyabr 2026
141
19:07 / 11 Noyabr 2026
100
18:42 / 11 Noyabr 2026
421
18:39 / 11 Noyabr 2026
207
18:35 / 11 Noyabr 2026
168
18:30 / 11 Noyabr 2026
195
18:29 / 11 Noyabr 2026
218
18:23 / 11 Noyabr 2026
140
18:17 / 11 Noyabr 2026
216
18:13 / 11 Noyabr 2026
171
18:06 / 11 Noyabr 2026
765
18:01 / 11 Noyabr 2026
118
17:42 / 11 Noyabr 2026
346
17:40 / 11 Noyabr 2026
209
17:35 / 11 Noyabr 2026
518
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.