Mərkəzi Bank pandemiya səbəbindən kredit ödənişində yubanmaları olanlara cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair tövsiyə müddətini bu il oktyabrın 1-dək uzadıb.
Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
"Bu o deməkdir ki, Mərkəzi Bankın tövsiyəsinə əsasən pandemiya təsirləri səbəbindən krediti ödəyə bilməyən vətəndaşlarımızın borcuna oktyabrın 1-dək cərimə faizi, dəbbə pulu və digər cərimələr hesablanmamalıdır. Eyni zamanda, həmin şəxslərin kredit tarixçəsi pisləşdirilməməlidir, yəni adları "qara siyahı" adlandırılan siyahıya daxil edilməməlidir", - o qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR