İtirilmiş əşyanı tapan şəxs nə vaxt onun qanuni sahibi ola bilər? – Vəkildən AÇIQLAMA
11 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
436
04.07.2021, 16:35
Hər birimiz həmişə nəinki özümüzün, hətta ətrafımızda olan insanların da psixoloji cəhətdən sağlam olub-olmadığını düşünmüşük. Müasir və klassik psixiatriya illərdir bu suala cavab axtarır: "Sağlam ruh necə olur?"
Amma bu suala konkret cavab yoxdur."Anormalı" haqqında saatlarla mühazirə oxuya biləcəyimiz halda, "normalı" necə olur" sualına cavab tapmaqda həmişə aciz olmuşuq.
OXU24.COM xəbər verir ki, psixoloq Fuad Əsədov bu barədə yazı hazırlayıb. Onun fikrincə, sağlam psixologiyalı olmaq üçün hər kəs aşağıdakı 13 qaydanı öyrənməlidir. Əgər sadaladıqlarımız sizdə varsa, təbriklər! Deməli, siz sağlam psixologiyalı insansız.
1. Şəxsi və ictimai maraq. Sağlam psixologiyalı insanlar öz maraqlarını həyata keçirərkən, başqalarına da zərər verməməyə çalışırlar.
2. Öz-özünə kifayət etmək. Sosiallaşmaq yaxşıdır, amma həyatınızın məsuliyyətinin hiss etmək daha yaxşıdır. Başqalarından dəstək, diqqət və sevgi gözləmək insanları sıxıntıya salır.
3. Anlayış. Sağlam düşüncəli insanlar özlərinə və digər insanlara səhv etmək haqqı verir.
4. Qərəzsizlik. Sağlam psixologiya mütləq və konservativ dəyərləndirməni rədd edir. Konkret olaraq mütləq doğru və yanlış anlayışları yoxdur. Dəyişməz qaydalar insanın həyatını çətinləşdirir.
5. Qeyri-müəyyənliyin qəbulu. Dünyamız dəyişkəndir. Çox şeydən əmin ola bilmirik. Qeyri-müəyyən şeylərlə savaşmaq yox, onları qəbul etmək lazımdır.
6. Hobbilər. Sağlam psixologiyalı insanların kitab oxumaq, musiqi dinləmək, idman etmək, dostlarla əylənmək kimi hobbiləri olur.
7. Özünü qəbul etmək. Sağlam insanlar özlərini sınamaq və qınamaq yerinə, özlərini səhvləri və düzləri ilə qəbul edirlər.
8. Risk almaq. Ən böyük risk, risk etməməkdir. İnsanlar məqsədlərinə çatmaq və əylənmək üçün bəzən risk etməlidirlər.
9. Real gözləntilər. İstədiyimiz hər şeyi əldə edə bilmərik. Düzgün düşünən insan mükəmməl bir həyatının olacağını gözləmir.
10. Stressə qarşı dayanmaq. Sözsüz ki, həyatımızda bir çox stressə səbəb olan məqam var. Bəzi problemlərin həll edə bilirik, bəzilərini yox. Bu bir həqiqətdir və bunu qəbul etmək lazımdır.
11. Məsuliyyət. İnsanlar başlarına gələn pis hadisələrə görə başqalarını günahlandırmaq yerinə, öz düşüncə, hiss və davranışlarına fokuslansalar, daha yaxşı olar.
12. Əxlaq normaları. Sağlam düşüncə vicdanlı olmağa və digər insanların haqlarını qorumağa səbəb olur. Çünki, bu halda insan daxili hüzura qovuşur.
13. Həllə fokuslanmaq. İnsan problemləri deyil, onların həll yolları üzərində düşünməyi öyrənsə, həyatı daha yaxşı olar.
20:58 / 11 Noyabr 2026
11
20:49 / 11 Noyabr 2026
188
20:47 / 11 Noyabr 2026
31
20:28 / 11 Noyabr 2026
53
20:22 / 11 Noyabr 2026
76
20:19 / 11 Noyabr 2026
55
20:08 / 11 Noyabr 2026
62
19:57 / 11 Noyabr 2026
331
19:49 / 11 Noyabr 2026
89
19:43 / 11 Noyabr 2026
80
19:33 / 11 Noyabr 2026
99
19:19 / 11 Noyabr 2026
153
19:07 / 11 Noyabr 2026
102
18:42 / 11 Noyabr 2026
447
18:39 / 11 Noyabr 2026
215
18:35 / 11 Noyabr 2026
174
18:30 / 11 Noyabr 2026
204
18:29 / 11 Noyabr 2026
231
18:23 / 11 Noyabr 2026
141
18:17 / 11 Noyabr 2026
228
18:13 / 11 Noyabr 2026
178
18:06 / 11 Noyabr 2026
803
18:01 / 11 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.