Qaynar xətt:

(+99450) 247 90 86

Telefonun ekranından yaxma götürəcəklər - Yeni kovid TESTİ

Telefonun ekranından yaxma götürəcəklər - Yeni kovid TESTİ

CƏMİYYƏT

524

28.06.2021, 18:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Koronavirusu test etmək üçün yeni yaradılan analiz metodu PoST adlanır.

London Oflalmoloji institutunun üzvlərinin kəşf etdiyi bu metodla insanın şəxsi mobil telefonunun eksranından PZR yaxma götürməklə onun kovid olub-olmadığını 90-100% hallarda dəqiq təyin edir.

OXU24.COM medicina.az-a istinadən bildirir ki, insanın tez-tez telefonla danışarkən ağız suyundan ekrana çökən hissəciklərdə mütləq virus zərrəcikləri qalır.

Yeni testin sınaqları zamanı telefonundan yaxma testi müsbət çıxanların burundan PZR yaxması da müsbət çıxıb. Bu isə yeni metodun dəqiq olduğunu sübut edir.

PoST testi smartfon sahibinin koronavirusun hansı stamina yoluxduğunu da təyin edir.

Metodun müəllifləri hesab edir ki, bu test ən ucuz, qeyri-invaziv və PZR testə layiqli alternativ analiz növüdür.
Bu metodla virusa yoluxub simptomsuz keçirənləri də aşkar etmək mümkün olur.